RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ LİTVA PREZİDENTİ VALDAS ADAMKUSUN GÖRÜŞÜ
Davos, 29 yanvar (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, “Konqress” mehmanxanasında Azərbaycan Prezidenti İlham Əliyevin və Litva Prezidenti Valdas Adamkusun görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə Litva arasında ikitərəfli münasibətlərin uğurla genişlənməsindən məmnunluq ifadə olundu, yüksək səviyyədə görüşlərin bu əlaqələrin daha da möhkəmlənməsində önəmi qeyd edildi.
Prezidentlər iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığının daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu vurğuladılar.
Görüşdə ikitərəfli münasibətlər, qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.
######