Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ, MİLLİ OLİMPİYA KOMİTƏSİNİN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ, MİLLİ OLİMPİYA KOMİTƏSİNİN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Əziz dostlar!

Hörmətli Milli Olimpiya Komitəsinin üzvləri!

Sizin hamınızı ürəkdən salamlayıram. Bugünkü yığıncaq dörd ildə görülən işlərə yekun vuracaqdır. Azərbaycanda son dörd ildə həm idman hərəkatı, həm də olimpiya hərəkatı çox uğurla inkişaf etmişdir. Azərbaycanda bundan əvvəlki illərdə əldə edilmiş uğurlar daha da möhkəmlənmişdir. Bizim idmançılarımız dörd il ərzində müxtəlif beynəlxalq yarışlarda, o cümlədən dünya, Avropa çempionatlarında, Olimpiya oyunlarında, digər beynəlxalq yarışlarda çox yüksək nəticələr göstərmiş, Azərbaycana çoxlu medallar gətirmişlər. Bu, çox sevindirici haldır və onu göstərir ki, Azərbaycanda gözəl gənc nəsil yetişir. Son Olimpiya oyunlarında medalçıların arasında bizim gənc idmançılarımız da var. Onlar son dörd il ərzində, demək olar ki, idmançı kimi yetişiblər. Yəni, Azərbaycanda idman ənənələri yaşayır, möhkəmlənir, yeni istedadlar meydana çıxır, yeni gözəl idmançılar yetişir. Bütün bunlar onu göstərir ki, Azərbaycanda idmana, olimpiya hərəkatına göstərilən diqqət öz praktik nəticələrini verir. Bütün bu nailiyyətlər bizi daha da ruhlandırır və öz işimizi bundan sonra da düşünülmüş şəkildə, qəbul edilmiş konsepsiya şəklində aparacağıq.

Bu vaxta qədər görülən bütün işlərdə ardıcıllıq var, bütün işlər bir-birini tamamlayır. Azərbaycanda idmana, idmançıların yetişməsinə diqqət, məşqçilərə dəstək, idman mütəxəssislərinin bu işlərdə fəal iştirakı - bütün bu amillər bir məqsədi güdür. O da ondan ibarətdir ki, Azərbaycanda idman daha da sürətlə inkişaf etsin, idman hərəkatı, olimpiya hərəkatı genişlənsin, idmanla məşğul olmaq üçün bütün lazımi şərait yaradılsın.

Son dörd ildə olimpiya hərəkatında Azərbaycanın iştirakı çox uğurlu olmuşdur. Biz beynəlxalq və Avropa olimpiya komitələrinin bütün tədbirlərində fəal iştirak etmişik. Son dörd il ərzində Azərbaycana həm Beynəlxalq Olimpiya Komitəsinin prezidenti, həm də Avropa Olimpiya Komitəsinin baş katibi səfərlər etmişlər. Bu, Azərbaycana göstərilən böyük diqqətdir. Bizim uğurlarımıza verilən böyük qiymətdir. Beynəlxalq və Avropa olimpiya komitələrinin ən yüksək vəzifəli şəxsləri Azərbaycanda idmanın uğurlu inkişafını vurğulamışlar. Qeyd etmişlər ki, Azərbaycan idman dövlətidir. İdmana dövlət dəstəyi və bütün idman ictimaiyyətinin birgə fəaliyyəti nəticəsində Azərbaycan qısa müddət ərzində çox böyük uğurlara nail ola bilmişdir.

Bununla yanaşı, müxtəlif beynəlxalq idman federasiyalarının rəhbərləri dəfələrlə Azərbaycanda olmuşlar. Onların iştirakı ilə Azərbaycanda müxtəlif beynəlxalq yarışlar keçirilmişdir. Son dörd il ərzində Azərbaycanda dünya və Avropa çempionatları ən yüksək səviyyədə keçirilmişdir. Güləş üzrə dünya çempionatının keçirilməsi bizim bütün imkanlarımızı göstərdi. Onu göstərdi ki, dünyanın ən böyük idman yarışlarından birinin Azərbaycanda keçirilməsi düzgün qərar idi. 100-dən çox ölkədən komandalar iştirak edirdi və onların hamısı üçün yaxşı şərait yaradılmışdı. Yəni artıq bizdə bu təcrübə var, istənilən beynəlxalq yarışın keçirilməsi üçün Azərbaycanda imkanlar vardır.

İnfrastruktur güclənir, ölkəmizdə beynəlxalq səviyyəli olimpiya komplekslərinin tikintisi geniş vüsət almışdır. Bu proqram təxminən 8 il əvvəl başlanmışdır və ondan sonrakı dövrdə, xüsusilə son dörd il ərzində yeni gözəl olimpiya komplekslərinin açılması idman infrastrukturunun möhkəmlənməsinə xidmət göstərir. Bu komplekslər bölgələrdə yaradılır. Bölgələrdə, Azərbaycanın rayonlarında həmişə çox böyük idman istedadları olmuşdur. İndi o bölgələrdə olimpiya komplekslərində işlər düzgün qurulmalıdır ki, onlar daim fəaliyyətdə olsun, idmançılar orada daim məşq etsinlər, uşaqlar, gənc nəsil yetişsin. Yəni onlar bölgələrdə bir növ idman mərkəzləri kimi fəaliyyət göstərir. O komplekslərdə bütün gözəl şərait yaradılıb, hər birində üzgüçülük hovuzu, müxtəlif ictimai binalar, mehmanxanalar vardır. Bu, eyni zamanda, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının icrasına töhfədir. Biz bütün bu işlərə Azərbaycan Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin birgə fəaliyyəti nəticəsində nail ola bilmişik.

Bu gün Azərbaycanda istənilən beynəlxalq tədbiri keçirmək mümkündür. Bölgələrdə yeni olimpiya komplekslərinin tikintisi 2009-cu ildə də davam edəcəkdir. Biz geniş proqramı qəbul edəndə, ilk növbədə, hər bölgədə bir kompleksin tikintisini nəzərdə tutmuşduq. Bu gün isə vəzifə qoyulub ki, hər bir rayonda, nəinki rayonda, eyni zamanda, qəsəbələrdə, Bakıətrafı qəsəbələrdə idman qurğuları tikilir. Yəni bu, Azərbaycanda idmanın inkişafına çox böyük xidmət göstərən proqram və siyasətdir. Bununla bərabər, bu, gənc nəslin sağlam yetişdirilməsi üçün gözəl imkanlar yaradır.

Biz çox şadıq ki, Azərbaycanda yeniyetmələr, uşaqlar arasında idmanla məşğul olmaq üçün böyük həvəs var. Uşaqlar böyük həvəslə idman bölmələrinə gəlirlər, idmanla məşğul olurlar. Onlar xüsusilə görəndə ki, ölkəmizin şöhrətini ucaldan idmançılara diqqət göstərilir, Azərbaycanda olimpiyaçılar əslində idman qəhrəmanları kimi qəbul olunur və onlara həm dövlət tərəfindən, həm də ictimai qurumlar tərəfindən dəstək və qiymət verilir, əlbəttə ki, daha da ruhlanırlar. Biz elə etməliyik, idmanla məşğul olmaq istəyənlərin sayı artsın və deyə bilərəm ki, buna nail olmuşuq. Azərbaycanda idmançı adı çox qiymətlidir. Mən çox şadam ki, bizim tanınmış, görkəmli idmançılarımız gənc nəsil üçün də nümunədirlər. Təkcə idman sahəsində əldə edilmiş nailiyyətlərlə yox, eyni zamanda, həyat tərzi ilə. Bizim idmançılarımız çox dəyərli vətəndaşlardır. Olimpiyaçılarımız, onların ictimai işlərdə fəaliyyəti, cəmiyyətdə nüfuzu, rolu artmalıdır. Gənc nəsil üçün də bundan gözəl nümunə ola bilməz. Bir tərəfdən, bu amillər, digər tərəfdən, idmanla məşğul olmaq üçün yaradılmış şərait, dövlət tərəfindən idman hərəkatına, olimpiya hərəkatına göstərilən dəstək - bütün bunlar bizim uğurlarımızı şərtləndirir.

Bununla bərabər, mən bir cəhəti də xüsusi vurğulamaq istəyirəm, çünki biz bunu heç də hər ölkədə görmürük. Azərbaycanda bütün idman qurumları - Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, idman cəmiyyətləri, federasiyalar, klublar vahid komanda şəklində fəaliyyət göstərir. Bizim uğurumuzun, deyə bilərəm, əsas şərtlərindən biri də ondan ibarətdir ki, burada heç bir anlaşılmazlıq yoxdur, heç bir ziddiyyət yoxdur. Mən ona görə bunu vurğulayıram ki, bir çox ölkələrdə idman qurumları arasında rəqabət aparılır və bu, sağlam rəqabət deyildir. Yəni bu rəqabət gözəl nəticələrə gətirib çıxarmır. Azərbaycanda dövlət tərəfindən müəyyən edilmiş idman siyasəti çərçivəsində bütün idman qurumları öz fəaliyyətini sağlam əsaslarda həyata keçirirlər.

Mən çox şadam ki, Azərbaycanda idmanın inkişafı, olimpiya hərəkatının inkişafı çox sürətlidir, çox uğurludur. Bu, ölkəmizin potensialını göstərir. Olimpiya oyunları isə son dörd il ərzində görülən işlərin zirvəsidir. Yəni olimpiya hərəkatında görülən bütün işlərin son məqsədi Yay Olimpiya oyunlarında idmançılarımızın uğurlu çıxışlarını təmin etməkdən ibarət olmuşdur. Görülən bütün işlər bu məqsədi güdürdü. Mən çox şadam ki, Azərbaycanın idmançıları, Azərbaycanın milli komandası Pekin Yay Olimpiya oyunlarında çox yüksək nəticə göstərmişdir. 7 medalın qazanılması çox böyük nailiyyətdir.

Ötən hər il, hər olimpiya oyunlarından sonrakı illər çox məsuliyyətli dövr olmuşdur. Baxmayaraq ki, Sidney və Afina Olimpiya oyunlarında bizim idmançılarımız çox yüksək nəticələr göstərmişdilər, ancaq bu, heç də bizdə arxayınçılıq hissinin yaranmasına gətirib çıxarmadı. Əksinə, Olimpiya oyunları başa çatandan sonra növbəti dördillik müddətdə görüləcək işlər haqqında dərhal müvafiq qərarlar qəbul edilmişdir. Yəni Olimpiya oyunları çox mühüm bir mərhələdir. Yeganə beynəlxalq forumdur ki, orada ölkələr bir-biri ilə rəqabət aparır. Bildiyiniz kimi, bu rəqabət ildən-ilə daha da güclənir, artır. Bütün ölkələr çalışır ki, onların milli komandası daha da yüksək yer tuta bilsin.

Əlbəttə, hər bir Azərbaycan vətəndaşını sevindirən odur ki, bizim idmançılarımız Olimpiya oyunlarında Azərbaycanı ləyaqətlə təmsil etmişlər, çox böyük peşəkarlıqla, Vətən sevgisi ilə, vətənpərvərlik hissi ilə yarışmışlar, döyüşmüşlər və yüksək nəticələr göstərmişlər. Bir daha demək istəyirəm ki, 7 medalın qazanılması çox böyük nailiyyətdir. Onlardan biri qızıl, ikisi gümüş, dördü bürünc medaldır.

Növbəti Olimpiya oyunlarına hazırlıq yəqin ki, gələn ilin əvvəlindən başlanmalıdır. Olimpiya oyunlarında əldə edilmiş nəticələr bizi sevindirir. Ancaq bununla bərabər, biz Olimpiya oyunlarının nəticələrini çox düzgün təhlil etməliyik. Xüsusilə o idman növlərində ki, orada medallar qazanmaq mümkün olmamışdır. Yəni o idman növlərinin inkişafı üçün, orada işlərin daha da səmərəli şəkildə aparılması üçün əlavə tədbirlər görülməli və bunlar konkret xarakter daşımalıdır. Deyə bilərəm ki, bizim uğurlarımızın əsas səbəblərindən biri də ondan ibarətdir ki, qərarlarımız konkret xarakter daşıyır. Yəni heç vaxt şüar şəklində qalmır. Biz nə deyiriksə, onu da edirik və bir daha demək istəyirəm ki, görülən bütün işlər bir məqsədi güdür: Azərbaycanda idman inkişaf etsin, idmançılara daha yaxşı şərait yaradılsın və Azərbaycanda olimpiya hərəkatı genişlənsin.

Beləliklə, hesab edirəm ki, növbəti dörd il ərzində həm bizim üçün ənənəvi olan idman növlərinin inkişafından, orada daha da yaxşı şəraitin yaradılmasından ötrü əlavə tədbirlər görülməlidir və Olimpiya oyunlarında iştirak etmiş, amma medal qazana bilməmiş idmançıların fəaliyyəti əlbəttə, təhlil edilməlidir. Bəlkə, əlavə tədbirlər görülməlidir. Yəni onu demək istəyirəm ki, çox istəyirəm medal qazanan idmançıların sayı da çox olsun və idman növlərində qazanılan medalların sayı da çox olsun. Bunu etmək mümkündür. Mən hesab edirəm ki, növbəti dörd il ərzində bu məqsədlərə çatmaq üçün konkret işlər görüləcək və görülməlidir. Bir daha deyə bilərəm ki, bütün bu işlər konkret məsələlər üzərində dayanmalıdır.

Biz idmanda əldə edilmiş nailiyyətlərlə haqlı olaraq fəxr edə bilərik. Azərbaycanın idman ailəsi böyüyür. Doğrudan da, bu, bir ailədir. Mən bayaq qeyd etdim ki, idmanla məşğul olan bütün qurumlar bir komanda şəklində işləyirlər. Eyni zamanda idmançılar, idman mütəxəssisləri, məşqçilər, veteranlar - onlar da ümumi uğurumuza öz dəyərli töhfələrini verirlər. Bundan sonrakı illərdə də idmanda fərqlənmiş insanlar - idmançılar, veteranlar, məşqçilər dövlət tərəfindən daim dəstəklənəcəkdir. Azərbaycan dövləti öz qayğısını, diqqətini əsirgəməyəcəkdir. Azərbaycan dövləti bundan sonra da lazım olan bütün şəraitin yaradılmasında - həm idmanla məşğul olmaq üçün, peşəkarlığı artırmaq üçün, həm də məişət problemlərinin həlli üçün öz mühüm rolunu oynayacaqdır.

Mən bütün idmançıları, idman mütəxəssislərini bir daha salamlamaq istəyirəm. Bu gün bizim tədbirimizdə səslənəcək məruzələr görülmüş işlər haqqında bir daha geniş təəssürat yaradacaqdır. Bununla bərabər, bildiyiniz kimi, Milli Olimpiya Komitəsi çox böyük hesabat hazırlamışdır. Bu hesabat sizə paylanılıbdır. Əminəm ki, bundan sonrakı müzakirələr bizim əsas məqsədimizə çatmaq üçün öz rolunu oynayacaqdır.

Sizi bir daha salamlayıram. Sizə uğurlar arzulayıram.

Sağ olun.

X X X

Sonra iclasda çıxış edən Gənclər və idman naziri, MOK-un vitse-prezidenti AZAD RƏHİMOV 2008-ci ildə Azərbaycanda idman sahəsində qazanılmış nəticələr barədə məlumat verdi, idmançılarımızın müxtəlif beynəlxalq yarışlarda 550 medal qazandığını açıqladı. Pekin Olimpiya oyunlarında ilk dəfə olaraq bədii gimnastika üzrə komanda yarışları və atçılıq turnirlərində təmsil olunduğumuzu bildirən nazir 22 idmançımızın müxtəlif növlərdə dünyanın ən güclü 8 atleti sırasına daxil olduğunu dedi. Pekin Paralimpiya oyunlarında isə İlham Zəkiyevin Azərbaycanın idman tarixində ilk dəfə olaraq ikiqat paralimpiya çempionu adı qazandığını xatırlatdı. Nazir daha sonra dedi:

-Cənab Prezident, bu nailiyyətlər Sizin idmana, Azərbaycan idmançılarına göstərdiyiniz yüksək diqqətin və Azərbaycan idmanının inkişafı naminə səmərəli fəaliyyətinizin nəticəsidir.

Əlamətdar hadisələrdən biri də ölkədə bədən tərbiyəsi və idmanın hərtərəfli inkişafı üçün 2009-2020-ci illəri əhatə edəcək Milli strategiya layihəsinin hazırlanmasıdır. Bu startegiyanın hazırlanmasında gənclər və idman, təhsil nazirlikləri ilə yanaşı, bütün müvafiq federasiyalar və aidiyyəti qurumlar da fəal iştirak edir. Milli Strategiya 2020-ci ilədək ölkəni idmanda lider etmək məqsədini qarşıya ali məqsəd kimi qoymuşdur. Bundan başqa, “Uşaq və yeniyetmələrin bədən tərbiyəsi və idmanı haqqında” qanun layihəsi hazırlanmış və Milli Məclisə təqdim edilmişdir.

Respublikamızda idman sahəsində əldə olunmuş nailiyyətlər, idmançılarımızın ən mötəbər beynəlxalq idman yarışlarında qazandığı uğurlar Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, idman federasiyaları, idman klubları və cəmiyyətlərinin sıx əməkdaşlığı sayəsində mümkün olmuşdur. Azərbaycanın ictimai həyatında mühüm amillərdən biri olan bədən tərbiyəsi və idmanın gündən-günə tərəqqisi naminə görülən işlər bundan sonra da uğurla davam etdiriləcəkdir.

X X X

MOK-un vitse-prezidenti ÇİNGİZ HÜSEYNZADƏ ötən dörd ildə görülən işlər barədə məlumat verdi. Azərbaycanın həyatının bütün sahələrində tərəqqinin, o cümlədən idmanın və olimpiya hərəkatının inkişafında qazanılan uğurların əsasında Prezident İlham Əliyevin bilavasitə həyata keçirilən fəaliyyətinin dayandığını xüsusi vurğuladı. Bu müddət ərzində Milli Olimpiya Komitəsinin həyatında bir sıra əlamətdar hadisələr olduğunu söyləyən Çingiz Hüseynzadə paytaxt Bakının 2016-cı il Olimpiya oyunlarını təşkil etmək üçün iddiaçı şəhərlər sırasına düşdüyünü, Milli Olimpiya Komitəsinin 15 illik yubileyinin qeyd olunduğunu, Olimpiya Akademiyasının və “Olimpiya” jurnalının 10 yaşının tamam olduğunu vurğuladı. Hesabat dövründə Azərbaycan Prezidenti İlham Əliyevin FİLA-nın prezidenti Rafael Martinettini, Beynəlxalq Gimnasitika Federasiyasının prezidenti Bruno Qrandini, Dünya Taekvondo Federasiyasının prezidenti Çanq Von Çunu, Beynəlxalq Bodibildinq Federasiyasının prezidenti Rafael Santoxanı, Avropa Voleybol Konfederasiyasının prezidenti Andre Meyeri, Beynəlxalq Həvəskar Boks Assosiasiyasının prezidenti Çinq Kuo Vunu, FİFA-nın prezidenti Yozef Blatteri və UEFA-nın prezidenti Mişel Platinini, Beynəlxalq Tennis Federasiyasının prezidenti Françesko Riççi və Rusiya Tennis Federasiyasının prezidenti Şamil Tarpişevi, Ümumdünya Karate Federasiyasının prezidenti Antonio Espinosu, Beynəlxalq Kanoe Federasiyasının prezidenti Ulrix Feldhofu, FİDE-nin prezidenti Kirsan İlyumjinovu və digər rəsmi şəxsləri qəbul etdiyini bildirdi.

Son dörd ildə idmançılara, məşqçilərə, idman veteranlarına, Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələrinə verilən təqaüdlərin, mükafatların həcminin, habelə maddi və mənəvi qayğının da xeyli artırıldığını qeyd etdi. ÇİNGİZ HÜSEYNZADƏ daha sonra dedi:

- Xalqımızın ümummilli lideri Heydər Əliyev 2001-ci ildə indi toplaşdığımız bu salondakı çıxışında demişdir: “Bu gün məmnuniyyətlə qeyd etmək olar ki, Olimpiya Komitəsinin yeni rəhbərliyi Azərbaycanın güclü idman potensialını inkişaf etdirmək üçün artıq düz yoldadır. Ümid edirəm ki, düz yolda da olacaqdır. Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi qarşısında böyük vəzifələr durur. Birincisi, bütün bu imkanlardan istifadə edib, gəncliyimizi idmana, bədən tərbiyəsinə daha çox cəlb etməkdir. İkincisi də, görülən işlərin ən son nəticəsinin beynəlxalq yarışlarda əksini tapmasıdır”.

Ulu öndərimizin dahiyana sözləri indi reallığa çevrilmişdir. Hesabat dövründə cənab İlham Əliyevin rəhbərliyi altında Milli Olimpiya Komitəsinin səyləri, həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkədə olimpiya hərəkatı və idmanın dinamik inkişafı təmin olunmuşdur. İdmana dövlət səviyyəsində göstərilən qayğı və bu sahədə həyata keçirilən kompleks tədbirlər sayəsində Azərbaycan qabaqcıl idman ölkəsinə çevrilmişdir.

X X X

Baş Məclisdə olimpiya çempionu Nazim Hüseynov Təftiş Komissiyasının hesabatını oxudu və hesabat qəbul olundu.

Pekin Olimpiya oyunlarının çempionu ELNUR MƏMMƏDLİ 2008-ci ilin onun həyatında əlamətdar il kimi yadda qaldığını bildirdi. O dedi:

-Möhtərəm cənab Prezident, Pekində yarışda çıxış edəndə Sizin tribunada tamaşaçılar arasında olmağınız mənə sanki güc və qüvvət verdi, özümə olan inamımı artırdı. Mən yalnız qələbə haqqında fikirləşirdim. Qalib gəlmək mənim borcum idi və sevinirəm ki, bu borcumu yerinə yetirdim və bildiyiniz kimi, cənab Prezident, 2008-ci ildə məni ən güclü cüdoçu seçdilər.

Deyirlər, olimpiya çempionu adını qorumaq, onu qazanmaqdan çətindir. Bu adı qorumaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Sizə söz verirəm ki, iki yox, üç dəfə olimpiya çempionu olacağam.

Pekin Olimpiya oyunlarında yunan-Roma, sərbəst güləş və qadın güləşi növləri üzrə ölkəmizi hakim kimi təmsil edən HİCRAN ŞƏRİFOV idmançılara və məşqçilərə göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi:

-Möhtərəm cənab Prezident, mən Azərbaycan idmanının bütün qələbələrinin Sizin adınızla bağlı olduğunu bir daha təsdiq edərək Azərbaycanın rifahı, tərəqqisi naminə Sizə işlərinizdə uğurlar, cansağlığı arzulayıram.

Bakı Olimpiya Kompleksinin direktoru, Milli Məclisin deputatı EYVAZ QURBANOV da çıxışında Prezident İlham Əliyevin rəhbərliyi altında Milli Olimpiya Komitəsinin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkədə olimpiya hərəkatının və idmanın dinamik inkişafının təmin olunduğunu bildirdi. O, daha sonra dedi:

- Ölkəmizdə bu gün 19 olimpiya kompleksi fəaliyyət göstərir. Bilirsiniz ki, bütün işlərin başlanğıcı bir az çətin olur. İlk olimpiya kompleksi Bakıda tikilərkən cənab Prezident bu işlə çox ciddi maraqlanırdı, tez-tez gəlirdi, görüşürdü, öz tövsiyələrini verirdi. Ancaq bu gün deməliyəm ki, Azərbaycanın ən ucqar regionlarında tikilən olimpiya kompleksləri Bakı Olimpiya Kompleksindən, sözün əsl mənasında, çox-çox geniş, çox-çox imkanlı və texniki cəhətdən təchiz olunmuş komplekslərdir. Şübhəsiz ki, bu, ölkə Prezidentinin və Milli Olimpiya Komitəsinin prezidentinin Azərbaycan idmanına, idmançılarına, ümumiyyətlə, bölgələrin sosial inkişafına olan qayğısının ən gözəl təzahürüdür.

Sonra MOK-un İcraiyyə Komitəsinin üzvü ZƏRİFƏ SALAHOVA çıxış edərək dedi:

- Cənab Prezident, qardaşım Tahir Salahovun yubileyi ilə əlaqədar ona göstərdiyiniz diqqətə görə ailəmizin üzvləri adından şəxsən Sizə təşəkkür etmək istəyirəm. Ona “Heydər Əliyev” ordeni kimi yüksək mükafat verilməsinə görə Sizə xüsusi təşəkkür etmək istəyirəm. Srağagün Tahir Berlindən 60 kilometr aralıda yerləşən reabilitasiya mərkəzinə köçürülmüşdür. Ayın 25-də mən onunla danışmışdım, mənim oğlum oradan gəlmişdir. Tahir məndən bir daha xahiş etmişdir ki, bizim hamımızın adından Sizə səmimi minnətdarlığımızı bildirim.

Hörmətli İlham Heydər oğlu, Siz bu vəzifəyə 1997-ci il avqust ayında seçilmişdiniz, sentyabr ayında isə İcraiyyə Komitəsinin ilk iclasını keçirdiniz. İş elə gətirib ki, İcraiyyə Komitəsinin hər il keçirilən yekun iclasında mən Sizə gül bağışlayırdım, sonrakı illərdə, Mehriban xanım İcraiyyə Komitəsinin üzvü seçiləndən bəri Sizə miniatür kitablar bağışlamışam. Bu ənənələr davam edir. Düzdür, bu gün mən buraya gülsüz gəlmişəm, ancaq, Mehriban xanım, Sizə bu Quranı təqdim etmək istəyirəm. Onun 160 yaşı var. Bu Quranı Miniatür Kitab Muzeyinə yaşlı bir qadın gətirmişdir. O, Quranın orada olmasını arzu etdiyini bildirdi. Lakin muzeydə mənim XVII əsrdə yazılmış iki Quranım var.

Bilirsinizmi, mən kitab kolleksiyası yığmağa başlayanda təsadüfən elə oldu ki, bu kitablar hamısı miniatür nəşrlər idi. Moskvada belə bir kitab görəndə məndə də bir növ “xəstəlik” yarandı. Balaca Heydərə sertifikatlı metal pul kolleksiyasını bağışalmaq istəyirəm. Ola bilsin, bu da onda kolleksiyaçılığa həvəs oyadar.

Hörmətli İlham Heydər oğlu, burada çoxları çıxış etdi, mən də demək istəyirəm ki, sovet hakimiyyətinin mövcud olduğu 70 ildə Azərbaycanda idman üçün Sizin bu 10 ildə gördüyünüz işlərin heç bir faizi də görülməmişdi. Biz hamımız Sizə minnətdarıq ki, Azərbaycan Respublikasının Prezidenti kimi yüksək vəzifəyə seçiləndən sonra Siz bütün başqa yüksək vəzifələrdən, hətta Avropa Şurasındakı vəzifənizdən də imtina etdiniz, lakin Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsində qaldınız. Allah Sizə cansağlığı versin və Siz uzun illər boyu Azərbaycana rəhbərlik edəsiniz və bizimlə birlikdə olasınız.

X X X

Baş Məclisin üzvləri MOK-un dördillik fəaliyyətini qənaətbəxş hesab etdilər.

Sonra təşkilati məsələlərə baxıldı. Azərbaycan Prezidenti İlham Əliyev yekdilliklə yenidən 8 il müddətinə Milli Olimpiya Komitəsinin prezidenti seçildi.

MOK-un Nizamnaməsinə əsasən, yeni 17 nəfərdən ibarət İcraiyyə Komitəsi seçildi. “Neftçi” İdman Cəmiyyətinin sədri Sadıx Sadıxov MOK-un İcraiyyə Komitəsinə yeni üzv seçildi. 5 nəfərdən ibarət Təftiş Komissiyasının tərkibi də təsdiqləndi.

X X X

Sonra 2008-ci ilin yekunlarına görə idmançılara, məşqçilərə və idman mütəxəssislərinə mükafatlar təqdim olundu.

Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin son olimpiya oyunlarında uğur qazanan idmançılar üçün təsis etdiyi qızıl nişanı Elnur Məmmədliyə, gümüş nişanı Rövşən Bayramova və Vitali Rəhimova, bürünc nişanı isə Şahin İmranova və Mövlud Mirəliyevə təqdim etdi.

Dövlətimizin başçısı Azərbaycanın bütün olimpiya çempionlarına - Rəfiqə Şabanovaya, Lyudmila Şubinaya, Nazim Hüseynova, Zemfira Meftahəddinovaya, Namiq Abdullayevə, Fərid Mansurova və Elnur Məmmədliyə MOK-un “Olimpiya” ordenlərini təqdim etdi.

Sonra “Azərbaycan idmanının inkişafında xüsusi xidmətlərinə görə İlham Əjdər oğlu Zəkiyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının mətni oxundu. Dövlətimizin başçısı “Şöhrət” ordenini və yeni mənzilin orderini İlham Zəkiyevə təqdim etdi.

Paralimpiya oyunlarının çempionu Oluxan Hüseynova və digər 21 idmançıya, məşqçi və idman ictimaiyyətinin nümayəndəsinə yeni mənzillərin orderləri təqdim olundu.

Azərbaycan Prezidenti, MOK-un prezidenti İLHAM ƏLİYEV onları təbrik edərək dedi:

-Əziz dostlar, bununla da bizim iclasımız başa çatır. İlk növbədə, mənə yenidən etimad göstərdiyinizə görə öz minnətdarlığımı bildirmək istəyirəm. Sizi əmin edirəm ki, bundan sonra da mən bu yüksək vəzifədə Azərbaycanda idmanı və olimpiya hərəkatının inkişafında öz xidmətlərimi göstərəcəyəm.

Sizi bütün mükafatlara görə təbrik edirəm. Sizə yeni ildə cansağlığı, uğurlar arzulayıram. Sizi və bütün Azərbaycan xalqını, xüsusən dünya azərbaycanlılarını Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm. Sizə yeni-yeni uğurlar arzulayıram.

X X X

Sonra MOK-un yeni tərkibdə İcraiyyə Komitəsinin iclası keçirildi.

Mərkəzi Ordu İdman klubunun rəisi, MOK-un İcraiyyə Komitəsinin üzvü Natiq Əliyev Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim edərək dedi ki, cənab Prezident, Sizin tövsiyənizlə hərbçilər arasında boks üzrə 52-ci dünya çempionatı Bakı şəhərində çox yüksək səviyyədə keçirildi. Sizin tapşırığınız ən yüksək səviyyədə yerinə yetirildi. Sizə çempionatın Təşkilat Komitəsinin və İdman Şurasının adından bu xatirə hədiyyəsini təqdim edirəm.

Dövlətimizin başçısı, MOK-un prezidenti İLHAM ƏLİYEV İcraiyyə Komitəsinin iclasını açaraq dedi:

-Biz İcraiyyə Komitəsinin yığıncağında Milli Olimpiya Komitəsinin baş katibini və vitse-prezidentlərini seçməliyik. Bütövlükdə, bu fikirlər bu gün də səsləndi ki, son dörd il ərzində Milli Olimpiya Komitəsi uğurla fəaliyyət göstərmişdir. Bu fəaliyyət nəticəsində çoxlu nailiyyətlər əldə edilmişdir. Bunlar haqqında bu gün danışıldı, təkrarlamaq istəmirəm. Ona görə bütün bu müsbət nəticələri nəzərə alaraq, hesab edirəm ki, biz Milli Olimpiya Komitəsinin rəhbərliyində sınanmış adamlara öz etimadımızı bir daha göstərməliyik. Onların fəaliyyəti çox uğurlu olmuşdur, hərə öz yerində idmanın inkişafında çox böyük işlər görmüşdür.

Beləliklə, mənim təklifim bundan ibarətdir ki, Milli Olimpiya Komitəsinin baş katibi vəzifəsinə Ağacan Əbiyev, vitse-prezidentlər vəzifəsinə Azad Rəhimov, Çingiz Hüseynzadə və Xəzər İsayev seçilsinlər. Sizə gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram və İcraiyyə Komitəsinin bütün üzvlərinə Yeni ildə cansağlığı, yeni nailiyyətlər arzulamaq istəyirəm.

İcraiyyə Komitəsinin çox mühüm funksiyaları var. Komitənin üzvləri həm ölkə daxilində, həm də xaricdə müxtəlif tədbirlərdə iştirak edirlər. Bir daha demək istəyirəm ki, bu gün seçdiyimiz tərkib qarşıda duran vəzifələrin həlli üçün bütün imkanlardan istifadə edir. Növbəti dörd il ərzində, - mən bu gün artıq bunu qeyd etdim, - biz gərək bütün müsbət dinamikanı saxlayaq. Azərbaycanda müxtəlif beynəlxalq yarışların keçirilməsi üçün əlavə təşəbbüslər göstərilməlidir. Baxmalıyıq ki, hansı beynəlxalq tədbirləri Azərbaycanda keçirək. Onların bəziləri regionlarda keçirilə bilər. İndi bunun üçün bütün imkanlar var. Yeni müasir idman kompleksləri bizim üçün belə şəraiti yaradır.

Əlbəttə, idmançılarımızın təlim-məşq toplanışları lazımi səviyyədə keçirilməlidir. Keçən müddət ərzində bu sahədə heç bir problem, çətinlik olmamışdır. Nazirliyin büdcəsi kifayət qədər böyükdür, ildən-ilə artırılır. Gələn il daha da artırılmalıdır. Biz bu vəsaitdən həm yeni olimpiya komplekslərinin tikintisinə istifadə edəcəyik və həm də idmançıların lazım olan bütün beynəlxalq yarışlarda iştirakını təmin edəcəyik.

Təlim-məşq toplanışları üçün indi ölkədə yeni imkanlar var. Bir daha demək istəyirəm ki, onların bir neçəsini bölgələrdə keçirmək olar. Bu, həm idmançılar üçün maraqlı olar, həm də bölgələrdə yaşayan idmançılar da tanınmış idmançılarla ünsiyyətdə ola bilərlər.

Növbəti dördillik fəaliyyət planı hazırlanmalıdır. Biz onu həmişə olduğu kimi, təsdiq edəcəyik. Hər bir federasiya üzrə konkret praktik işlər aparılmalıdır. Mən bunu qeyd etdim, bizim üçün ənənəvi olan idman növlərinin inkişafına, həmişə olduğu kimi, diqqət göstərilməlidir. Çünki bu, bizim əsas bazamızdır. Son Olimpiya oyunlarında cüdo, güləş və boks idman növləri üzrə Azərbaycan 7 medal qazanmışdır. Əlbəttə, çox istəyərdim ki, bu federasiyaların sayı daha da çox olsun. Medal qazanmış idmançıların imkanları onu göstərir ki, işlər lazımi səviyyədə görülübdür. Ancaq o da sirr deyil ki, medalların sayı çox ola bilərdi. Bir neçə idmançı medalın, demək olar ki, bir addımlığında idi. Bəzi hallarda hakimlərin qeyri-ədalətli yanaşması, bəzi hallarda sadəcə olaraq, bəxtin gətirməməsi. İdmanda bu da olur. Ona görə bizim üçün ənənəvi olan idman növlərinə, lazımi dəstək göstəriləcəkdir.

Bununla bərabər, mən ümid edirəm ki, bizim idmançılarımız növbəti dörd il ərzində digər idman növlərində Avropa və dünya çempionatlarında medallar qazana bilərlər.

Çalışmalıyıq ki, növbəti tsikl ərzində, xüsusilə London Olimpiya Oyunlarına yaxın dövrdə Azərbaycanda müxtəlif lisenziya turnirləri, təsnifat turnirləri keçirək. Artıq bu praktika var, bir neçə idman növü üzrə həm son dövr ərzində, həm də ondan əvvəlki illərdə lisenziya turnirləri keçirilmişdir. Əlbəttə, Azərbaycanda keçirilən bu tədbirlərdə bizim idmançılarımızın şansı daha da yüksəlir. Yenə də qeyd etmək istəyirəm ki, biz bütün bu işləri birlikdə görməliyik, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, İcraiyyə Komitəsinin üzvləri fəal iştirak etməlidirlər. Mən hesab edirəm ki, biz İcraiyyə Komitəsinin üzvlərini bu işlərə - məsələn, Azərbaycanda keçirilən çempionatlara, beynəlxalq tədbirlərə daha geniş şəkildə qoşmalıyıq.

Bizim xarici əlaqələrimiz genişlənir. Yəqin ki, növbəti müddət ərzində daha çox beynəlxalq tədbirlərdə iştirak etməliyik. İndi bizim Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin maddi imkanları da böyük dərəcədə artıbdır. Yəni bizim nümayəndələrimizin istənilən tədbirdə iştirakı təmin oluna bilər. Bu, həm İcraiyyə Komitəsinin üzvləri üçün maraqlı olar, həm də ümumi işimizə töhfə verər. Bir sözlə, artıq bu gün bu barədə geniş danışıldı. Bir də demək istəyirəm ki, son dörd ildə Azərbaycanda idmanın inkişafında, müxtəlif sahələrdə doğrudan da çox böyük nailiyyətlər əldə edilibdir. Bunun bariz nümunəsi qazanılan medallardır.

Bütövlükdə, bu gün məruzələrdə səsləndi, bizim idmançılarımız müxtəlif beynəlxalq yarışlarda hər il yüzlərlə medal qazanırlar. Əlbəttə, olimpiya oyunları bütün beynəlxalq yarışların, çempionatların zirvəsidir. Biz bu zirvəyə qalxmışıq və ildən-ilə, hər olimpiadadan o biri olimpiadaya getdiyimiz yol uğurlu yol olmuşdur. Son Olimpiadadan 7 medal Azərbaycanın xəzinəsindədir və elə etməliyik ki, bu müsbət dinamika gələcəkdə də özünü göstərsin.

Mən, ilk növbədə, sizə son dörd il ərzində gördüyünüz işlərə görə öz təşəkkürümü bildirmək istəyirəm və növbəti müddət ərzində yeni uğurlar arzulayıram. Sağ olun.

######

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Si Cinpin Serbiyada səfərdədir

“Airbus” apreldə müştərilərinə 61 təyyarə təhvil verib

Tamğa – qədim türklərin əzəmət rəmzi

İbtidai insanların qidası barədə yeni məlumatlar əldə edilib

Azərbaycan səfiri: Sülh yolunda əldə edilən irəliləyişi dəstəkləmək lazımdır

“Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına keçən ölkələr məlum olub

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNİB

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir

Kakaonun qiymətinin kəskin azalmasının səbəbi məlum olub

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib