AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanız Prezident Heydər Əliyevin vəfatı ilə əlaqədar Mixail Zukkov Fondu adından və şəxsən öz adımdan Sizə dərin hüznlə başsağlığı verirəm.
Fondumuz təbiət və ətraf mühit üzrə Sizin ölkənizdə fəaliyyət göstərən ilk fonddur. Ona görə də bizə Sizin atanızın təbiətə və təbii ehtiyatlara necə böyük əhəmiyyət verdiyini şəxsən müşahidə etmək şərəfi nəsib olmuşdur. Ötən ilin may ayında onunla görüşümüz zamanı mən bunu yəqin etdim. “Təbiət” devizi ilə biz təbiət mühafizəçiləri də Sizin xeyirxah himayənizin altına keçmişik. Siz təbiətlə birlikdə çox mühüm miras alırsınız. Bu, vüqarlı millətinizin Böyük Qurucusundan qalan mirasdır.
Sizinlə birlikdə biz də kədərlənirik.
Mixail Zukkov
Almaniyanın Mixail Zukkov
Fondunun prezidenti
Berlin, 18 dekabr 2003-cü il