AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Cənab Prezident,
Atanızın vəfatı ilə əlaqədar böyük ürək ağrısı və hüznlə səmimi başsağlığımı verirəm. Sizin yaxın adamınızı itirməyinizlə bağlı dərdinizə, eləcə də, həqiqətən, tarixi şəxsiyyəti itirmiş Azərbaycan xalqının kədərinə şərik oluram. Azərbaycan tarixində Heydər Əliyev bu ölkəyə iftixar, nüfuz və qüdrət bəxş etmiş adam kimi yadda qalacaqdır. Atanızın irsini heç vaxt unutmayacağam və xahiş edirəm, davamlı dostluğuma və atanızın Azərbaycanı daha yaxşı və çiçəklənən ölkəyə çevirmək siyasətinin davamçısı kimi Heydər Əliyevin irsini yaşatdığınızı görmək istəyimə əmin olasınız.
Ən səmimi salamlarla,
S. Rob Sübhani
Amerikanın “Kəspian Enerci Konsaltinq”
şirkətinin prezidenti
14 dekabr 2003-cü il.