AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanız Heydər Əliyevin vəfat etməsi ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatının Azərbaycanda fəaliyyət göstərən qurumları adından Sizə, Azərbaycan hökumətinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığımı vermək istəyirəm.
Azərbaycanda sülhün, sabitliyin və inkişafın bərqərar olmasında mühüm rol oynamış cənab Əliyevin vəfatı böyük itkidir. Ölkəsinin görkəmli oğlu kimi o, uzun illər xalqının xidmətində duraraq, Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin gücləndirilməsinə və həmçinin Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı ilə səmərəli əməkdaşlığının inkişafına böyük töhfə vermişdir.
Ailənizin və bütün Azərbaycan xalqının dərdinə şərik olduğumuzu bildirir, Sizə onun başladığı işi müvəffəqiyyətlə davam etdirməyi arzulayırıq.
Bohdan Nahaylo
BMT-nin rezident-əlaqələndiricisinin əvəzi
14 dekabr 2003-cü il.