AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Prezident Heydər Əliyevin vəfatı xəbəri “Konsolideytid Kontraktrz” şirkətində bizim hamımızı dərindən kədərləndirdi.
Bu itki ilə bağlı şirkətin rəhbərliyi və əməkdaşları adından Sizə, ailənizə və Azərbaycan xalqına səmimi başsağlığımızı vermək istəyirəm.
Qoy Allah hamınızı hifz etsin və bu çətin vaxtda Sizə qüvvə bəxş etsin.
Səmimiyyətlə Sizin,
Samir Xuri
Yunanıstanın “Konsolideytid Kontraktrz”
beynəlxalq şirkətinin əməliyyatlar üzrə
icraçı vitse-prezidenti
Afina, 15 dekabr 2003-cü il.