AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Əs-səlamu aleykum va rəhmətullahi-Təala va bərəkatuhu!
Atanız Heydər Əliyevin Allahın rəhmətinə qovuşmağı barədə acı xəbəri böyük təəssüf hissləri ilə qəbul etdim.
Bu ağır itki ümummilli liderin, böyük vətənpərvərin və müdrik rəhbərinizin vəfatı ilə əlaqədar Zati-alinizə, Sizin vasitənizlə mərhumun ailəsinin bütün üzvlərinə, qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.
Məruz qaldığınız bu böyük itki ilə bağlı dərdə və kədərinizə səmim-qəlbdən şərik çıxıram və Allah-Təaladan hamınıza səbir və təskinlik bəxş etməsini, mərhumu özünün müntəhasız rəhmətinə layiq görüb, cənnətməkan etməsini rica edirəm.
“Bizi Allah yaradıb və Onun dərgahına da qayıdacağıq!”
VI Məhəmməd,
Mərakeşin Məliki.
16 dekabr 2003-cü il.