AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Heydər Əlirza oğlu Əliyev təkcə Azərbaycan xalqı üçün deyil, həm də bütün Şimali Qafqaz xalqları üçün, o cümlədən də repressiya edilmiş və cəmi 80 minlik əhalisinin 10.000 nəfərini müharibə cəbhələrində itirmiş qaraçay xalqı üçün müdafiə sipəri idi. Xalqımızın ağır illərində onlarca oğul və qızımız Bakının ali məktəblərində ali təhsil almış və orada işləmişdir.
İslama görə, bir insanın ölümü bütün bəşəriyyət üçün böyük itkidir. Qoy, Ulu Tanrı onu cənnətməkanlıq etsin, doğmalarına və Azərbaycan xalqına firavanlıq və tərəqqi əta etsin.
Kazım-hacı Katçiyev,
Qaraçay-Çərkəz Respublikası Çerkessk şəhərinin
Müsəlman icmasının sədri,
əl-hacı Bayramukov,
Kərəm-hacı Xubiyev, Mussa-hacı
Bayramkulov
sədrin müavinləri.
Çerkessk, 15 dekabr 2003-cü il.