AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanızın – zəmanəmizin görkəmli siyasi və dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin vəfatı xəbərini dərin kədər hissi ilə eşitdim. Heydər Əlirza oğlu Əliyev nəqliyyat tikintisinə böyük diqqət yetirirdi. Azərbaycanın və MDB ölkələrinin nəqliyyat infrastrukturunun çox sayda ən mürəkkəb mühəndis qurğuları onun bilavasitə iştirakı ilə inşa olunmuşdur. Nəqliyyat inşaatçıları onun bu sahəyə daimi qayğısını və marağını həmişə hiss edirdilər. Heydər Əlirza oğlu işdə fədakarlığı və yüksək peşəkarlığı, insani keyfiyyətləri və alicənablığı ilə fərqlənirdi.
Biz itkinizin acısını bölüşür və səmimiyyətlə başsağlığı veririk.
V.Brejnev,
Rusiyanın “Transstroy” korporasiyasının prezidenti.
Moskva, 15 dekabr 2003-cü il.