AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycanın böyük vətəndaşı və böyük vətənpərvəri Heydər Əlirza oğlu Əliyevin vaxtsız vəfatı ilə əlaqədar çoxmillətli Dağıstanla, onun intellektual və yaradıcı ictimaiyyəti ilə birlikdə dərin səmimiyyətlə başsağlığı verirəm. Cəsarət edib deyirəm ki, əzabkeş Azərbaycan xalqı Heydər Əlirza oğlunun simasında bütün milli tarixi ərzində miqyasına və səviyyəsinə görə bənzəri olmayan qətiyyətli, etibarlı və müdrik rəhbərə malik idi.
Çox hörmətli İlham Heydər oğlu! Kədəriniz təsəllisizdir. Bu gün mən unudulmaz Heydər Əlirza oğlunu və doğma qardaşım Rəsul Həmzətovu necə səmimi, qardaşcasına dostluq telləri bağladığını çox aydın xatırlayıram. Bu iki sədaqətli və görkəmli qafqazlı fani dünyamızı taleyin hökmü ilə bir ildə, hər iki dost və məsləkdaş 80 yaşında ikən tərk etdi.
Allah onlara rəhmət eləsin.
Səmimi hisslərlə və ən xoş diləklərlə,
Hacı Həmzətov,
Rusiya Elmlər Akademiyasının akademiki.