AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanızın – müasir siyasətin görkəmli xadimi Heydər Əlirza oğlu Əliyevin vəfatı ilə əlaqədar Sizə səmimiyyətlə başsağlığı veririk. Heydər Əlirza oğlu Əliyevin həyatı doğma Azərbaycan xalqına xidmət nümunəsidir – məhz onun müdrikliyi və iradəsi sayəsində doğma torpağımızda sülh bərqərar oldu və qorunub saxlandı, minlərlə həmvətənimizin həyatı xilas edildi.
Onun xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.
Sizinlə birlikdə kədərlənirik.
Rusiyanın “İnter-Sever” Açıq Səhmdar,
Cəmiyyətinin kollektivi.
Moskva, 13 dekabr 2003-cü il.