AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanızın - zəmanəmizin görkəmli dövlət və siyasi xadimi Heydər Əlirza oğlu Əliyevin vəfatı ilə əlaqədar səmimi başsağlığımı qəbul edin.
Heydər Əlirza oğlu uzun ömür sürdü və Yer üzündə özü haqqında gözəl xatirə qoydu. Adi əməliyyat işçisindən dövlətin ən ali vəzifələrinədək hər bir yerdə Heydər Əlirza oğlu həmişə yüksək peşəkarlığı, özünə tələbkarlığı, düzlüyü, alicənablığı, səmimiliyi və prinsipiallığı, xeyirxahlığı və insanlara diqqətcilliyi ilə fərqlənirdi. O, Azərbaycanın əsl oğlu idi.
Heydər Əlirza oğlu öz ölkəsini sevirdi, onu Böyük, qüdrətli və güclü görmək istəyirdi. O, qüvvəsini, sağlamlığını əsirgəmir, yuxu və istirahəti unudur, həmişə, ilk növbədə, ölkə barədə, sonra isə özü haqqında düşünürdü.
Heydər Əlirza oğlunun nurlu xatirəsi onu tanıyan adamların qəlbində həmişə yaşayacaqdır.
Boris Şkolnikov,
Milli (Rusiya) Reklam Assosiasiyasının prezidenti.
Moskva, 15 dekabr 2003-cü il.