AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Türk dünyasının böyük dövlət xadimi, hörmətli Heydər Əliyev ilə 1974-cü ildə Azərbaycanda verdiyim konsertlər zamanı tanış olmaq şərəfinə nail olmuşdum. Son dəfə Türkiyə Cümhuriyyətinin yaradılmasının 75-ci ildönümü ilə bağlı mərasimdə hörmətli Prezidentlə çox səmimi şəkildə, köhnə dostlar kimi görüşmüşdüm. Bütün türk xalqı kimi, mən də türk dünyasının böyük lideri olan Heydər Əliyevi çox sevmişdim. Onun yoxluğu bütün türk dünyası kimi, məni də çox kədərləndirmişdir. Məkanı Cənnət olsun. Hamımızın başı sağ olsun!
Emel Sayın,
Türkiyə Cümhuriyyətinin
Dövlət sənətçisi.