AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanızın - Zati-aliləri Prezident cənab Heydər Əliyevin vəfat etməsi xəbərini dərin hüzn və kədərlə qarşıladım.
Ölkəsini istiqlaliyyətə çatdırmış və milli birlik üçün mübarizə aparmış böyük dövlət xadimini itirməsi ilə əlaqədar Azərbaycan xalqına üz vermiş hədsiz kədərə qoşulur, bu qəmli anda Sizə və xalqınıza dərin hüznlə başsağlığı verirəm.
Allahdan mərhuma rəhmət, Sizə və Azərbaycan xalqına səbir və təsəlli diləyirəm.
Zati-aliləri, xahiş edirəm yüksək ehtiramım barədə zəmanətimi qəbul edəsiniz.
Doktor Əbdülvahid Bilqəziz,
İslam Konfransı Təşkilatının
baş katibi.