AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ–ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Türk milləti olaraq başımız sağ olsun. Türk dünyası və Azərbaycan xalqı Atatürkünü itirdi. İki dövlət bir millət olaraq, sonsuz kədər içindəyik. Azərbaycan xalqının böyük öndəri, rəhmətlik atanız türk dünyasının tarixdə ən böyük liderlərindən biri idi. Onun alovlandırdığı məşəl türk millətlərinə sonsuza qədər işıq saçacaqdır. Millət olaraq kədərimiz böyükdür. Kədərinizi bölüşür, xalqınıza və ailənizə başsağlığı verir, Azərbaycan xalqına səbir diləyirəm.
Yeri cənnət, Torpağı bol olsun.
Türk milləti və Azərbaycan xalqı böyük insan Heydər Əliyevin müəyyənləşdirdiyi yolla irəliləməkdə davam edəcəkdir.
Süleyman Daşqınsu,
İğdır Sənayeçilər Şurasının sədri.
15 dekabr 2003-cü il.