AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ–ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
2003-cü ilin aprel ayında ziyarət etdiyim dəyərli ailə başçınız və Azərbaycan Respublikasının simvoluna çevrilən hörmətli Heydər Əliyevin vəfatı xəbərini dərin kədər hissi ilə öyrəndik. Mərhuma Uca Tanrıdan rəhmət diləyir, Zati-aliniz başda olmaqla, bütün ailə üzvlərinizə və xalqınıza başsağlığı veririk.
Xeyir-dualarımızla,
İstanbul Rum patriarxı,
I Bartolomeos.
13 dekabr 2003-cü il.