AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ–ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycanın xüsusilə son on illik tarixinə möhürünü vuran Heydər Əliyevin xidmətləri və qardaş Azərbaycan xalqının tərəqqisi üçün göstərdiyi səyləri bütün dünya millətləri bilir. Hər şeydən əlavə, Azərbaycan ilə Türkiyəni bir-birinə yaxınlaşdırmaq və iki ölkənin xalqlarının qovuşması üçün yeritdiyi siyasət və nümayiş etdirdiyi bacarıq iki dövlətin dini qurumlarının əməkdaşlıq sahəsində atacaqları addımlar üçün cəsarət mənbəyi və təşviq amili olmuşdur.
Diyanət İşləri İdarəsi Azərbaycana xidmət göstərərkən mərhumun dəstəyinin, iltifatının və həssaslığının daim şahidi olmuşdur.
Türk milləti dininə xidmət edən dövlət rəhbərlərini başının tacı etmişdir. Heydər Əliyev millətinin könlündə və başının üstündə layiq oduğu yeri tutmuşdur.
Mərhuma Cənabi Haqqdan rəhmət diləyir, Zati–aliləriniz başda olmaqla, qardaş Azərbaycan xalqına başsağlığı verirəm.
Başınız sağ olsun.
professor, doktor Əli Bardakoğlu,
Diyanət İşləri idarəsinin sədri.
23 dekabr 2003-cü il.