AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ QARDAŞIM İLHAM ƏLİYEVƏ
Ölkənizin Dövlət müstəqilliyi günü münasibətilə fürsətdən istifadə edərək, Zati-alilərinizə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından və şəxsən öz adımdan ən səmimi dostluq təbriklərini göndərməkdən məmnunluq duyur, Sizə ən səmimi qardaşlıq arzularımı yetirir, möhkəm cansağlığı və səadət diləyir, qardaş Azərbaycan xalqına daimi tərəqqi və firavanlıq arzulayıram.
Fürsətdən istifadə edərək, iki qardaş ölkələrimizi və xalqlarımızı birləşdirən möhkəm əlaqələrin mövcudluğunu xüsusi vurğulayır,
Bir daha Zati-alilərinizə dərin ehtiramımı və təqdirimi izhar edirəm!
Qardaşınız Fəhd bin Əbdüləziz Al Səud,
İki Müqəddəs Məscidin Xadimi,
Səudiyyə Ərəbistanının Kralı.