AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli cənab Prezident!
Ad gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Dövlətlərimiz arasında qarşılıqlı surətdə faydalı əməkdaşlığın inkişaf etdirilməsi, Rusiya Federasiyasının və Azərbaycan Respublikasının xalqları arasında mehriban qonşuluğun möhkəmlənməsi, Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmlənməsi üçün Sizin necə çox işlər gördüyünüzü bilirəm. Əminəm ki, bu xətt Sizin atanız və müstəqil Azərbaycan dövlətinin Prezidenti vəzifəsində sələfiniz Heydər Əlirza oğlu Əliyevin siyasətinin davamıdır.
Fürsətdən istifadə edib demək istəyirəm ki, mən Heydər Əliyevi yaxşı tanıyırdım, ona böyük hörmət bəsləyirdim. Onunla görüşlərimi səmimiyyətlə xatırlayıram. 80-ci illərdə H.Ə.Əliyevlə birlikdə Sov.İKP MK-nın Siyasi Bürosunda və Sov.İKP MK-da işləmişik. Sonralar, 90-cı illərdə MDB-nin dövlətlərarası strukturlarının fəaliyyəti çərçivəsində onunla dəfələrlə görüşmüşük. H.Ə.Əliyev postsovet məkanında ən məşhur siyasətçilərdən və dövlət xadimlərindən biri idi. Regionlararası münasibətlərin, keçmiş Sovet İttifaqı respublikalarının qarşılıqlı əlaqələrinin aktual məsələlərinə dair onun fikri həmişə sanballı və əhəmiyyətli idi.
Hörmətli cənab Prezident,
Bu gün bizim region, Oryol vilayəti, Azərbaycan tərəfi ilə əməkdaşlığı fəal inkişaf etdirir. Oryol sənaye qrupunun lideri olan “Dormaş” zavodunun təcrübəsi bu əməkdaşlığa nümunədir.
İcazə verin, bu əlamətdar gündə Oryol vilayətinin sakinləri adından və şəxsən öz adımdan Sizə möhkəm cansağlığı, firavanlıq, yeni parlaq uğurlar diləyim. Qoy konstruktiv, işgüzar yanaşma, ən yüksək peşəkarlıq və məsuliyyət ən mürəkkəb problemlərin həllində həmişə köməyiniz olsun.
Hörmətlə,
Yeqor Stroyev
MDB Parlamentlərarası Assambleyasının
fəxri sədri, RF Federasiya Şurasının fəxri sədri,
Oryol vilayətinin qubernatoru
Oryol, 24 dekabr 2008-ci il.