AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Əziz dostum,
Ad gününüz münasibətilə Sizə və gözəl ailənizə ən xoş arzularla səadət və möhkəm cansağlığı diləməkdən, səmimi təbriklərimi çatdırmaqdan olduqca məmnunam.
Fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, Sizin müdrik rəhbərliyiniz altında Azərbaycan Respublikası uğurlu inkişafını davam etdirmiş, iqtisadi rifah və sabitlik baxımından yeni zirvələrə çatmışdır.
Məmnunam ki, Gürcüstan və Azərbaycan Respublikası arasındakı mövcud münasibətlər və strateji tərəfdaşlıq xalqlarımızın dostluq və qardaşlıq adət-ənənələrinə tam uyğundur, çünki onlar əsrlər boyu formalaşmış möhkəm tarixi bünövrəyə əsaslanır.
Fəxr edirəm ki, şəxsi dostluq əlaqələrimiz və birgə səylərimiz sayəsində ölkələrimiz arasında əməkdaşlıq yeni vüsət almışdır və əminəm ki, bu tərəfdaşlıq nəinki Gürcüstan və Azərbaycanda, o cümlədən bütün regionda sülhü, təhlükəsizliyi və əmin-amanlığı daha da möhkəmləndirəcəkdir.
Əziz dostum, Sizə və Mehriban xanıma möhkəm cansağlığı və uzun ömür, qardaş Azərbaycan xalqına isə daim artan tərəqqi və rifah diləyirəm. Sandra da bu xoş arzularıma qoşulur.
Səmimiyyətlə Sizin,
Mixeil Saakaşvili
Gürcüstanın Prezidenti
Tbilisi, 24 dekabr 2008-ci il.