AZƏRBAYCAN ŞAHMATÇILARININ RƏQİBLƏRİ MÜƏYYƏN OLDU
Bakı, 7 may (AZƏRTAC). Mayın 7-də ÜNS teatrının səhnəsində Azərbaycan və dünya yığma komandalarının iştirakı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat üzrə “Prezident kuboku” turniri başlayır.
Mayın 9-da başa çatacaq turnirdə dünya yığmasının tərkibində dünya çempionu Vişvanatan Anand (reytinq 2783), sabiq dünya çempionu Vladimir Kramnik (2759), tanınmış şahmatçılar Aleksandr Şirov (2745) və Sergey Karyakin (2721) iştirak edirlər.
Turnir sahiblərinin komandasında Teymur Rəcəbov (2756), Vüqar Həşimov (2730), Şəhriyar Məmmədyarov (2725), Qədir Hüseynov (2659) və Rauf Məmmədov (2645) mübarizə aparacaqlar. Sonuncu iki şahmatçı növbə ilə oynayacaqdır.
Birinci turda Rəcəbov-Anand, Həşimov-Kramnik, Məmmədyarov-Şirov, Hüseynov-Karyakin partiyaları oynanılacaqdır. Səkkiz turda keçiriləcək turnirdə bütün rəqiblər iki görüş keçirəcək, əvvəlcə klassik şahmat, daha sonra sürətli şahmat oynayacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]