AZƏRBAYCAN TENNİS FEDERASİYASININ YENİ PREZİDENTİ SEÇİLMİŞDİR
Tennis Federasiyasının Gənclər, İdman və Turizm Nazirliyində keçirilmiş növbədənkənar konfransda qurumun prezidenti Nazim İbrahimovun müraciətinə baxılmışdır. Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirildiyi kimi, müraciətdə deyilir ki, federasiyanın rəhbəri çox məşğul olduğu və tez-tez xarici səfərlərə getdiyi üçün bu idman strukturunun fəaliyyətinə lazımi diqqət yetirə bilmir. Konfrans iştirakçıları müraciətdə deyilənləri qəbul etmiş və 1977-ci ildən federasiyaya başçılıq edən Nazim İbrahimovun Azərbaycanda tennisin inkişafında xidmətlərini vurğulamışlar.
Federasiyanın yeni başçısı vəzifəsinə “Azərsu” Səhmdar Cəmiyyətinin prezidenti Oqtay Əsədovun namizədliyi irəli sürülmüş və yekdilliklə dəstəklənmişdir. O. Əsədov ona göstərdikləri etimada görə konfrans iştirakçılarına təşəkkürünü bildirərək, tennisin inkişafı üçün səylərini əsirgəməyəcəyini söyləmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]