AZƏRBAYCAN TENNİSÇİSİ SEVİL ƏLİYEVA BEYNƏLXALQ TURNİRLƏRDƏ BİR GÜMÜŞ, İKİ BÜRÜNC MEDAL QAZANMIŞDIR
Azərbaycan Tennis Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan idmançısı Sevil Əliyeva Əlcəzairdə keçirilmiş iki turnirdə bir gümüş, iki bürünc medal qazanmışdır.
Birinci turnirdə S.Əliyeva şəxsi yarışda fransalı Liza Barbaça qalib gələrək, dörddəbir finala vəsiqə qazanmışdır. Bu mərhələdə Fatimə Ömər (Əlcəzair) üzərində qələbə qazanmış həmyerlimiz yarımfinalda Amandina Hesseyə (Fransa) məğlub olaraq üçüncü yeri tutmuşdur.
Türkiyəli Kurkan Bursə ilə birlikdə qoşa yarışlarda çıxış edən Azərbaycan tennisçisi dörddəbir finalda Avstraliyadan olan cütlüyü turnirdən kənarlaşdırsa da, yarımfinalda Böyük Britaniya təmsilçilərinə uduzaraq bürünc medal qazanmışdır.
İkinci turnirdə isə Sevil Əliyeva qoşa yarışlarda boqlarıstanlı İzabella Şinnikova ilə birlikdə finala qədər irəliləmişdir. Lakin Azərbaycan-Bolqarıstan dueti həlledici qarşılaşmada Əlcəzair tennisçilərinə məğlub olaraq gümüş medala layiq görülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [14:05]
Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır
- 05.10.2026 [12:03]
Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 05.10.2026 [12:02]
“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb
- 05.10.2026 [10:50]