Azərbaycan Turizm İnstitutunun əməkdaşı beynəlxalq seminarda iştirak etmişdir
Bakı, 27 iyun (AZƏRTAC). Bu günlərdə Rusiyanın Sankt-Peterburq şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkə universitetlərinin turizm sahəsində beynəlxalq elm və təhsil konsorsiumu təsisçilərinin ilk işçi seminarı keçirilmişdir.
Seminarda ölkəmizi Azərbaycan Turizm İnstitutunun (ATİ) tədris şöbəsinin müdiri Nərminə Abdullayeva təmsil etmişdir.
ATİ-dən AZƏRTAC-a bildirmişlər ki, N.Abdullayeva seminardakı çıxışında təmsil etdiyi institutun ölkəmizin ali təhsil ocaqları sırasında tutduğu mövqe və xarici tərəfdaşlarla əlaqələri, ikili diplom təcrübəsi, yüksək ixtisaslı turizm kadrlarının hazırlanması məsələlərindən danışmışdır.
Seminarda akademik heyət və tədqiqatçılar üçün yay məktəblərinin, muzeyşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin təcrübə mübadiləsi, ikili diplom proqramı çərçivəsində müştərək magistr proqramlarının təşkili və s. problemlər müzakirə olunmuşdur.
Tədbirdə təşkilata üzv ölkələrin universitetlərinin turizm sahəsində beynəlxalq elm və təhsil konsorsiumunun yaradılması haqqında təkliflər paketinin hazırlanıb müvafiq quruma təqdim edilməsi qərara alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]