Azərbaycan “UITT-2014” Beynəlxalq turizm sərgisində iştirak etmişdir
Bakı, 28 mart (AZƏRTAC). Martın 26-dan 28-dək Ukraynanın paytaxtı Kiyevdə “UITT-2014” Beynəlxalq turizm sərgisi keçirilmişdir.
Ölkəmizin Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın Ukraynadakı səfirliyinin birgə dəstəyi ilə bu mötəbər sərgidə respublikamızın “Regea travel” və “Proxy travel” turizm şirkətləri də təmsil olunmuşlar.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, sərgidə respublikamızın turizm imkanları burada icarəyə götürülmüş 49 kvadratmetr sahədə nümayiş etdirilmişdir. Stend sərginin ziyarətçilərinə paylanılmaq üçün ingilis və rus dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunmuşdur.
“UITT-2014” Beynəlxalq turizm sərgisində Azərbaycan ilə yanaşı, 22 ölkədən 600-ə yaxın şirkət iştirak etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]