AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN MOSKVA ŞƏHƏRİNDƏ ANMA MƏRASİMİ KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Moskva şəhərində keçiriləcək anma mərasimində iştirak etmək üçün Milli Məclisin deputatı Elmira Axundova dekabrın 8-dən 12-dək Rusiyada səfərdə olacaqdır.
Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, səfər çərçivəsində Elmira Axundova Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi tərəfindən təşkil olunmuş onun müəllifi olduğu 4 cildlik “Heydər Əliyev. Şəxsiyyət və zaman” kitabının təqdimat mərasimində də iştirak edəcəkdir.