AZƏRBAYCANA MƏHƏBBƏTLƏ
Murmansk, 14 yanvar (AZƏRTAC). Murmansk vilayətində çıxan “Street club” jurnalının ötənilki son nömrəsində Azərbaycan diasporunun bu şimal diyarının ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakından söhbət açılır.
Materiallar haqqında ümumi sərlövhə jurnalın üz qabığına çıxarılmışdır: “Murmansk - Bakı: yaxşı münasibətlər iqtisadi rifahın rəhnidir”. Oxucular Xəzər dənizinin və Azərbaycan Respublikasının xəritəsi, prezident seçkilərində İlham Əliyevin inamlı qələbəsi, müsəlmanların müqəddəs bayramları barədə məlumatla tanış olmuşlar. Jurnalistlər vilayətdə Azərbaycan diasporunun həyatından, onun ən yaxşı nümayəndələrinin fəaliyyətindən söhbət açır, qonaqları azərbaycanlı sahibkarlara məxsus olan “Çinar”, “Əqrəba”, “U starıx druzey” restoranlarına dəvət edirlər.
“Street club” üçün materiallar Rusiya Xarici İşlər Nazirliyinin qəhrəman şəhər Murmanskdakı nümayəndəliyinin köməyi ilə hazırlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]