Azərbaycanda keçirilən “Qafqaz Qartalı - 2024” təlimində şərti düşmənin canlı qüvvəsi zərərsizləşdirilib VİDEO
Bakı, 10 iyun, AZƏRTAC
Azərbaycanda keçirilən “Qafqaz Qartalı - 2024” təlimində xüsusi təyinatlılar yüksək peşəkarlıq nümayiş etdirirlər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, birgə təlimin növbəti mərhələsində şərti düşmənin yerləşmə məntəqəsi müəyyən olunaraq zərbə PUA-sının tətbiqi ilə qəfil basqın icra edilib, onun canlı qüvvəsi zərərsizləşdirilib.
“Qafqaz Qartalı - 2024” təlimində qarşıya qoyulan tapşırıqlar Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi qulluqçuları tərəfindən müvəffəqiyyətlə icra olunur.