Azərbaycanda ortopedik matras və yumşaq mebellərin istehsalı müəssisəsi yaradılacaq
Bakı, 15 mart, AZƏRTAC
Ağdam Sənaye Parkının ərazisində ortopedik matras və yumşaq mebellərin istehsalı müəssisəsi yaradılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Nazir bildirib ki, "Komfy" MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib və bununla da rezidentlərin sayı 21-ə çatıb: “Şirkət tərəfindən sənaye parkının ərazisində ortopedik matras və yumşaq mebellərin istehsalı müəssisəsi yaradılacaq. İnvestisiya dəyəri 2,3 milyon manat olan müəssisədə 18 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur”.