Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda Paralimpiya hərəkatının inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

Azərbaycanda Paralimpiya hərəkatının inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

Bakı, 6 aprel, AZƏRTAC

Bu ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması müstəqil Azərbaycan dövlətinin keçdiyi şərəfli və məsuliyyətli inkişaf yolunun, əldə etdiyi möhtəşəm nailiyyətlərin hesabat dövrüdür. “Heydər Əliyev İli” dahi şəxsiyyətin müasir müstəqil Azərbaycan Respublikasının, dövlətçiliyimizin bugünkü tərəqqisində, ən əsası qalib ölkə kimi beynəlxalq aləmdə tanınmasında rolunu və xidmətlərini ümumiləşdirir. Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Ümummilli Liderin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayır, dövlətinə, xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin əyani təcəssümüdür. “Heydər Əliyev İli” müstəqil Azərbaycan dövlətinin nailiyyətlərinin təbliğ edilməsi baxımından geniş meydan açır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müstəqil dövlətimizə rəhbərlik etdiyi 20 il ərzində ölkəmiz bütün istiqamətlər üzrə hərtərəfli şəkildə inkişaf edərək böyük dövlətlərin cərgəsində layiqli yerini alıb.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti, Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının vitse-prezidenti İlqar Rəhimovun “Azərbaycanda Paralimpiya hərəkatının inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra yaranan sosial-siyasi sabitlik dövründə Azərbaycanda müxtəlif sahələrin inkişafına təkan verilib. Əlbəttə ki, bu istiqamətlərdən biri də ölkə idmanının yeni səviyyəyə çıxması idi. Məhz bu dövrdə - 1996-cı ildə Azərbaycan Milli Paralimpiya Komitəsi təsis edilib və həmin il Azərbaycan paralimpiyaçıları Ümummilli Lider Heydər Əliyevin xeyir-duası ilə ilk dəfə Atlanta Yay Paralimpiya Oyunlarına yola düşüblər. Ulu Öndərin dəyərli tövsiyələri hər zaman idmançılarımızı ruhlandıraraq Paralimpiya Oyunlarında qələbələrimizin əsasını qoyub.

2000-ci il Sidney Yay Paralimpiya Oyunlarından əvvəl və sonra Ümummilli Lider Heydər Əliyevin paralimpiyaçılar ilə görüşməsi, həmin ərəfədə Ulu Öndərin paralimpiyaçılarımız üçün Sumqayıtda yeni, beynəlxalq standartlara cavab verən Paralimpiya İdman Kompleksinin tikilməsi haqqında tapşırıq verməsi ölkəmizin idman həyatında müsbət dəyişikliklər və qələbələrə təkan verdi. Həmin dövrdən ölkədə Paralimpiya hərəkatı daha sürətli inkişaf yoluna qədəm qoydu. Bunun başlıca səbəbi, hazırda Ulu Öndər Heydər Əliyev kursunun layiqli davamçısı, ölkə başçısı İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi oldu. Onun gəlişi ilə Azərbaycan idmanının fəth etdiyi zirvələr göz qabağındadır. Bu mənada paralimpiyaçıların da diqqətdən kənarda qalmaması, onlara diqqət və qayğının artması yarışlarda əldə edilən nəticələrin əyani göstəricisidir. Həmin vaxt Azərbaycan Milli Paralimpiya Komitəsi Prezidentinin Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinə üzv seçilməsi təşkilati məsələlərdə həmrəyliyin və birliyin nümunəsi oldu.

Ümummilli Lider Heydər Əliyevin tapşırığı ilə Sumqayıtda inşa edilmiş Paralimpiya İdman Kompleksinin 2008-ci il avqustun 28-də açılış mərasimi oldu. MDB məkanında ilk dəfə paralimpiyaçılar üçün belə bir kompleksin istifadəyə verilməsi ölkəmizdə Paralimpiya hərəkatının inkişafında yeni mərhələ açdı. Tədbirdə Azərbaycan Prezidenti, paralimpiyaçıların dostu İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva iştirak etmişdilər. Dövlətimizin başçısı çıxışında demişdi: “Paralimpiyaçıların idmana olan sədaqəti və xüsusilə Azərbaycan paralimpiyaçılarının uğurları və beynəlxalq yarışlarda iştirakı böyük qəhrəmanlıqdır. Azərbaycan dövləti sizin bu səylərinizi çox yüksək qiymətləndirir və qiymətləndirməlidir. Məhz buna görə maksimum dərəcədə çalışırıq ki, sizin üçün lazımi şəraiti yaradaq. O cümlədən belə gözəl idman mərkəzinin tikintisi bunu bir daha sübut edir. Mən çox şadam ki, Azərbaycanda Paralimpiya Komitəsi fəaliyyətini genişləndirir və ümumiyyətlə, Paralimpiya oyunlarında iştirak edən idmançıların sayı artır. Bizim Paralimpiya Oyunlarında nəticələrimiz hər dəfə daha da böyük olur. Azərbaycan dövləti paralimpiyaçıların mükafatlandırılması üçün lazımi tədbirlər görür və görəcəkdir. Bir də demək istəyirəm ki, paralimpiyaçılar, sözün əsl mənasında, fədakar insanlardır. Onlar zədələrdən, yaralardan, bəzən sağalmayan yaralardan əziyyət çəkirlər. Ancaq buna baxmayaraq, öz fədakarlığını göstərərək, idmanla məşğul olur, Azərbaycanı təbliğ edirlər. Beynəlxalq yarışlarda Azərbaycanın bayrağını qaldırırlar və Azərbaycan xalqı bunu çox yüksək qiymətləndirir. Azərbaycan dövləti də çalışır ki, əlindən gələni etsin ki, sizin şəraitiniz, həyatınız daha da yaxşı olsun”.

Hazırda Ümummilli Lider Heydər Əliyevin mütərəqqi idman siyasəti dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə fiziki imkanları məhdud insanların sosial rifahının yaxşılaşdırılması və onların cəmiyyətə inteqrasiyası üçün lazımi şərait yaradılıb. Paralimpiyaçılarımız da həmişə dövlətimizin başçısının qayğıkeş münasibətini öz üzərlərində daim hiss edirlər. Mötəbər beynəlxalq turnirlərdə qələbələr qazanmış paralimpiyaçılar, onların məşqçiləri müntəzəm olaraq dövlətimizin başçısının sərəncamları ilə yüksək orden və medallarla təltif olunurlar. Paralimpiyaçılarımızın da maddi rifahı yaxşılaşdırılır, idmançılarımız mənzillər və minik avtomobilləri ilə təmin olunurlar. Ümumilikdə ölkə vətəndaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması həmişə dövlətimizin başçısının diqqət mərkəzində saxladığı prioritet məsələlərdən biri olub.

Ölkəmizdə Ulu Öndərin xatirəsinə mütəmadi olaraq mötəbər yarışlar təşkil olunur. 2019-cu ildə Bakıda paracüdo üzrə beynəlxalq Qran-Pri yarışları Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilib. Turnirin təşkilati işlərlə yanaşı, açılış və bağlanış, mükafatlandırma mərasimlərində, könüllülər arasında fiziki imkanları məhdud şəxslərə yer verilməsi xüsusilə təqdirəlayiq və sevindirici haldır. Bütün bunlar Azərbaycan Milli Paqralimpiya Komitəsinin apardığı uğurlu siyasətin nəticəsidir.

Paralimpiyaçılarımızın qazandıqları nailiyyətlər Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da diqqətindən kənarda qalmayıb. Fond fiziki məhdudiyyətli insanların cəmiyyət həyatında fəal iştirakına, informasiya-kommunikasiya texnologiyaları vasitəsilə məlumat əldə etmək və biliklərini artırmaq imkanlarının genişləndirilməsinə, məşğulluqlarının artırılmasına yönələn müxtəlif layihələr uğurla həyata keçirib. İkiqat Paralimpiya çempionu İlham Zəkiyevə Heydər Əliyev Fondu tərəfindən “Qızıl çinar” mükafatı və qalib paralimpiyaçılara fərdi təqaüd verilib. Bu qayğı və diqqət paralimpiyaçılarımızı yeni uğurlar qazanmağa sövq edir.

Dahi şəxsiyyət Heydər Əliyev dünya tarixinin gedişatına təsir göstərməyi və tarixi yenidən qurub-yaratmağı bacaran nadir dövlət xadimlərindən biri idi. Ulu Öndərin uzaqgörən dövlətçilik idealları bu gün də müstəqil Azərbaycan Respublikasının inkişaf yoluna gur işıq salır və bələdçilik edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-ə yaxın husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et, ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb

® İcbari tibbi sığorta üzrə göndərişlərin tənzimlənməsində mövcud çətinliklər və perspektivlər mövzusunda dövlət və özəl sektor arasında konseptual dialoq

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 8 mini keçib

Turizm və Menecment Universiteti beynəlxalq layihədə təmsil olunub

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

Naxçıvan Muxtar Respublikasının 7 yaşayış məntəqəsində minifutbol meydançaları yaradılacaq

“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə daha 20 standart layihəyə baxılıb

® “AzInTelecom” “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

Azərbaycan enerji və logistika imkanlarını birləşdirən sabit iqtisadi məkandır - ŞƏRH

Tufan Erhürman: Kipr probleminin həlli üçün “nəticəyə yönəlmiş danışıqlara” hazırıq

Azərbaycan idmançıları hapkido üzrə dünya birinciliyi və çempionatında 13 medal qazanıblar

Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərilib

Avropanın təhlükəsizliyi gücləndirilir: Aİ beş hərbi layihəni təsdiqləyib

Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafı qeyri-neft iqtisadiyyatına yeni imkanlar açır - ŞƏRH

Krakov şəhərində soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Biləsuvarda pambıq yığımına start verilib

® “Bakcell” İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

Alban xristian irsinin tanıtımında vətəndaş sektorunun rolu

Azərbaycan ən uğurlu inkişaf modelini seçib ŞƏRH

Rusiya ordusunun Dneprdəki biznes mərkəzinə hücumu zamanı 3 nəfər ölüb

Firdovsiyyə Əhmədova: Kilsə arxivlərinin Ermənistana verilməsi tarixi həqiqətlərin təhrifinə şərait yaradıb

Peskov: Ukrayna ilə bağlı danışıqların bərpası qərarı Rusiyanın maraqlarına əsaslanaraq veriləcək

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

İraq ABŞ qüvvələrinin Bağdaddakı əsas qərargahını təhvil alıb

Tarixçi-alim: Ermənilərin bu bölgələrə köçürülməsindən sonra Qafqaz Albaniyasının tarixi saxtalaşdırılıb

Çinli turist: Azərbaycanın palçıq vulkanlarını canlı görmək tamam fərqli və həyəcanvericidir

Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar

Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı

Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib