Azərbaycanda qızıl istehsalı 64 faiz artıb
Bakı, 17 iyun, AZƏRTAC
Cari ilin yanvar-may aylarında qızıl istehsalı 63,9 faiz artaraq 1297,8 kiloqram təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, iyunun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 41,6 faiz azalaraq 119,4 kiloqram olub.
Hesabat dövrü ərzində gümüş istehsalı 23,8 faiz artaraq 1686,9 kiloqram təşkil edib.
İyunun 1-i vəziyyətinə gümüş üzrə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 14,7 faiz azalaraq 583,6 kiloqram qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:58]
Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq
- 28.09.2026 [17:37]