Azərbaycanda turizm sənayesi çox böyük sürətlə inkişaf etməkdədir
Bakı, 24 iyun (AZƏRTAC). Dünya üzrə ümumi milli məhsulun 10, ixracın isə 8 faizi beynəlxalq turizmin payına düşür. Dünyada əmək qabiliyyətli əhalinin 8,1 faizi turizm sektorunda və onunla bağlı iqtisadiyyat sahələrində çalışır. Son 3 ildə maliyyə böhranına baxmayaraq Dünya Turizm Təşkilatının turizmlə bağlı göstəricilərinə əsasən, bu sahənin gəlirləri artmışdır. Bu rəqəm dünya üzrə 2011-ci ildə 1 trilyon dolları keçmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanda qeyri-neft sektorunun vacib hissəsinə çevrilmiş turizm sənayesi çox böyük sürətlə inkişaf etməkdədir. Beynəlxalq turizm statistikası göstərir ki, ötən il dünya miqyasında artımın rəqəmləri 5-6 faiz civarında olduğu halda, Azərbaycanda bu rəqəm 14 faiz təşkil etmişdir. İlk dəfə ölkəmizə gələn insanların sayı 2 milyon 134 min nəfər olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]