Azərbaycanda turizm sənayesi infrastrukturunun inkişafına xüsusi diqqət yetirilir
Bakı, 18 iyul (AZƏRTAC). Azərbaycan Turizm İnstitutu (ATİ) elmi şurasının növbəti tədris ilinə həsr olunan son iclası keçirilmişdir.
ATİ-dən AZƏRTAC-a bildirmişlər ki, iclasda institutun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov ölkəmizdə qeyri-neft sektorunun aparıcı sahəsi sayılan turizm sənayesi infrastrukturunun inkişafına xüsusi önəm verildiyini vurğulamışdır. Eyni zamanda, ATİ-nin 7 illik fəaliyyəti dövründə nəzərəçarpan uğurlar və məqsədli hədəflərdən söz açmışdır. 2010-cu ilin ilk məzun buraxılışından indiyədək ATİ-də 725 nəfərin məzun olduğunu, onlardan 12 nəfərin magistr, 72 nəfərin isə eyni zamanda, Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin diplomunu aldığını diqqətə çatdırmışdır. ATİ məzunlarından böyük əksəriyyətinin nüfuzlu otel və turizm müəssisələrində çalışdıqlarını qeyd etməklə yanaşı, institutun nəzdində Bakı Turizm Peşə Məktəbində 12 ixtisas üzrə 550 şagirdin təhsil aldığını bildirmişdir.
Sonra ATİ-nin tədris işləri üzrə prorektoru Eldar Aslanov, turizm və qonaqpərvərlik fakültəsinin dekan əvəzi Sənan Əliyev, xidmət mühəndisliyi fakültəsinin dekan əvəzi Sevda Vəzirova, magistratura, doktorantura və əlavə təhsil şöbəsinin müdiri Nəsirulla Nəsirli 2012/2013-cü tədris ilinin yay imtahan sessiyasının nəticələri və 2013/2014-cü tədris ilinə hazırlığın vəziyyəti haqqında hesabat vermişlər.
Müzakirələr zamanı irəli sürülən təkliflər müsbət qarşılanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]