Azərbaycanın 24 rayonunda 33 aqropark yaradılır
Bakı, 17 aprel, AZƏRTAC
Hazırda respublikamızda 24 rayonda 33 aqropark yaradılır. 142 min hektar sahəni əhatə edən bu aqroparkların yaradılmasına 1,1 milyard manat dəyərində sərmayə qoyulur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsindən deyib.
Dövlətimizin başçısı bildirib ki, bu aqroparkların fəaliyyətə başlaması nəticəsində daxili tələbat 100 faiz ödəniləcək və çox böyük ixrac potensialı yaranacaq. “Biz indidən planlaşdırmalıyıq ki, nəyi haraya ixrac edəcəyik. Çünki sahibkarın özü çətinlik çəkəcək. Dövlət qurumları, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi əlbəttə ki, Prezident Administrasiyasının rəhbərliyi ilə gələcək illər ərzində bizim ixrac strategiyamızı müəyyən etməlidir. Biz artan ixrac potensialımızı necə realizə edəcəyimizi indidən bilməliyik. Əlbəttə, elə ixrac məhsulları var ki, onlar üçün bazarlar axtarmaq lazım deyil. Onlardan biri də pambıqdır, birjalarda satılır. Ancaq meyvə-tərəvəz və digər məhsulların ixracı üçün biz indidən işləməliyik, planlar qurmalıyıq”, - deyə Prezident vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]