Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın dövlətçilik tarixində mühüm əhəmiyyəti olan partiya

Bakı, 13 noyabr, AZƏRTAC

Noyabrın 13-də Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasının təşəbbüsü ilə partiyanın 25 illik yubileyinə həsr olunmuş “Azərbaycanın dövlətçilik tarixində mühüm əhəmiyyəti olan partiya” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, YAP Yasamal rayon təşkilatının qərargahında keçirilən tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Dövlət himninin səsləndirilməsindən sonra YAP-ın 25 illik fəaliyyətinə həsr edilən film nümayiş olunub.

YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva tədbirdə çıxış edərək bildirib ki, bu günlər xalqımız partiyamızın yaradılmasının 25-ci ildönümünü böyük təntənə ilə qeyd edir. Bunun çox böyük mənası var. 1992-ci il tariximiz üçün, xalqımız üçün sınaq dövrü idi. Çünki Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. İnsanlar həmin dövrdəki rəhbərliyin qurtuluş yolu tapacağına inanmırdılar. Ona görə də ölkədə təbəddülatlar, hərc-mərclik baş alıb gedirdi. Məhz belə bir dövrdə insanların mənəvi gücünü səfərbər etmək üçün ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasını yaratdı. Ulu Öndər əmin idi ki, bu partiyanın sıralarına məhz ölkənin ən kamil, vətənpərvər, ziyalı insanları daxil olacaq.

Nurlana Əliyeva qeyd edib ki, ümummilli lider Heydər Əliyev qadınların cəmiyyətdəki nüfuzuna, onların mənəvi potensialına, dərin müşahidəsi və həyati biliyinə bələd idi. Odur ki, bu zərif, həm də çox güclü zümrənin dövlətçiliyimizin və müstəqilliyimizin çətin yollarında böyük dayaq olacağına inanırdı. Bu inam ilə 1995-ci ildə YAP Qadınlar Şurası yaradıldı.

“Bir zamanlar YAP ümid partiyası idi, indi isə inam partiyasıdır”, - deyən

N.Əliyeva bildirib ki, ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, müstəqilliyi qazanmaq asandır, onu qoruyub saxlamaq isə daha çətindir. Müstəqilliyimizin qorunub saxlanılmasında Yeni Azərbaycan Partiyasının rolu böyükdür. Bu gün Azərbaycan dünyada böyük nüfuz qazanan bir ölkəyə çevrilib.

N.Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti, YAP Sədrinin müavini Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin hər bir qadın üçün örnək olduğunu deyib. O, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin Azərbaycan qadınları tərəfindən birmənalı şəkildə dəstəkləndiyini vurğulayıb.

Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova partiyanın 25 illik yubileyi münasibətilə təbriklərini çatdırıb. Ölkəmizin hər yerində bu münasibətlə tədbirlərin keçirildiyini deyən Bahar Muradova partiyanın yubileyini ümumxalq bayramı kimi səciyyələndirib.

Milli Məclis sədrinin müavini YAP-ın Azərbaycanın siyasi həyatındakı əhəmiyyətli yerindən və rolundan bəhs edib. O, partiyanın yaranması və uğurlu siyasi fəaliyyəti ilə Azərbaycanın düşdüyü çətin vəziyyətdən xilas edildiyini, xalqımızın nicat yoluna çıxdığını vurğulayıb. Bildirib ki, müxalifət partiyası kimi yaranan YAP-ın qısa müddətdə iqtidara gəlməsi Azərbaycan xalqının ümummilli liderimiz Heydər Əliyevə böyük inamından qaynaqlanırdı.

YAP İdarə Heyətinin üzvü ölkəmizin qazandığı nailiyyətlərdən danışaraq bunun təməlində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin durduğunu söyləyib. O, xalqımızı, o cümlədən Azərbaycan qadınlarını Heydər Əliyev ideyaları ətrafında sıx birləşməyə çağırıb.

Bahar Muradova bildirib ki, Azərbaycan uzun illər yaşadıqca məfkurə daşıyıcısı olan Yeni Azərbaycan Partiyası və onun qazandığı nailiyyətlər haqqında dönə-dönə danışacağıq. Bu haqqı YAP öz fəaliyyəti, xalq qarşısında üzərinə götürdüyü öhdəliklər, Ümummilli Liderimizin yaratdığı siyasi məktəbin ideya istiqamətlərinə sadiqliyi ilə qazanıb. Buna görə də xalqın partiyamıza olan inamı, etimadı ildən-ilə artır. Bu gün biz ulu öndər Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad edirik. Biz Ümummilli Liderimizin fəaliyyəti, fədakarlığı və qəhrəmanlığı nəticəsində Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olacağına inandıq və bunu real həyatda gördük. Bahar Muradova bildirib ki, 700 mindən çox üzvü olan YAP Heydər Əliyev ideyalarının gələcək nəsillərə çatdırılması naminə əzmlə mübarizə aparır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hicran Hüseynova bildirib ki, YAP-ın yaradılması xalqımızın siyasi həyatında ən mühüm hadisədir. Tarix baxımından 25 il qısa bir zaman kəsiyi olsa da, bu partiyanın gördüyü işlər və dünyada qazandığı nüfuz çox böyük əhəmiyyətə malikdir. Biz hamımız bu partiyanın üzvü olmaqdan fəxr edirik. XX əsrin 90-cı illərinin əvvəlində yaradılan YAP ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə qısa müddət ərzində xalqın böyük nüfuzunu qazandı.

Hicran Hüseynova Azərbaycan qadınının fəaliyyətinin partiyaya uğurlar gətirdiyini qeyd edərək deyib ki, YAP bu baxımdan da digər partiyalara örnəkdir. Hazırda Azərbaycanın ictimai həyatının bütün sahələrində qadınların sayı və rolu getdikcə artır. Bu, Azərbaycan Prezidentinin qadınlara yüksək qayğısının və etimadının daha bir göstəricisidir.

Ölkənin bütün sahələrində qadınların böyük rolu olduğunu deyən H.Hüseynova Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkəmiz və xalqımızın gələcəyi üçün var qüvvəsi ilə çalışdığını, bütün sahələrdə böyük işlər gördüyünü bildirib. Mehriban Əliyevanın ədalət, humanizm, xeyriyyəçilik və digər bəşəri prinsiplərə söykənən, sərhəd tanımayan çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan, hətta dünya qadınları üçün örnəkdir. Bu gün hər bir Azərbaycan vətəndaşı, o cümlədən qadınlarımız ölkəmizə ulu öndər Heydər Əliyevin uğurlu davamçısı Prezident İlham Əliyevin rəhbərlik etməsindən qürur duyur. Prezidentimizin reallaşdırdığı böyük siyasətin nəticəsində Azərbaycan uğurlu inkişaf yolunda inamla irəliləyir.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, YAP Siyasi Şurasının üzvü Gülçöhrə Məmmədova tədbirdə çıxış edərək partiyanın keçdiyi inkişaf yolundan, qazandığı nailiyyətlərdən və qadınların ictimai-siyasi proseslərdə fəal iştirakından bəhs edib. Gülçöhrə Məmmədova bildirib ki, YAP-ın tarixi ölkəmizin tarixindən ayrılmazdır. Ölkəmizin keçdiyi bütün tarixi mərhələlərdə partiyamız uğurla fəaliyyət göstərib, daim cəmiyyətin ön cərgələrində olub və bütün sahələrdə böyük layihələrə imza atıb. Ölkəmizin inkişafı üçün partiyamız böyük işlər görüb. Bu gün Azərbaycan bütün sınaqlardan üzüağ çıxaraq, iqtisadi çətinlikləri dəf edərək gələcəyə doğru böyük inamla addımlayır. Bu inkişafın əsasında ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin uğurla davam etdirdiyi siyasət dayanır. Biz bu gün bu siyasətin uğurlarını görürük. Bu işıqlı və şərəfli yolda partiyamızın ən aparıcı qüvvəsi qadınlardır. Bundan başqa, YAP bəlkə də yeganə ictimai-siyasi məktəbdir ki, burada gənclər gələcək ictimai-siyasi həyata hazırlanır. Bu istiqamətdə partiyamızın Qadınlar Şurası, Gənclər Birliyi çox uğurla fəaliyyət göstərirlər.

Tədbirdə Xalq Artisti Məleykə Əsədova ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirib.

Sonda YAP Qadınlar Şurasının fəaliyyətində fərqlənən bir qrup qadına fəxri fərmanlar təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-ə yaxın husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et, ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb

® İcbari tibbi sığorta üzrə göndərişlərin tənzimlənməsində mövcud çətinliklər və perspektivlər mövzusunda dövlət və özəl sektor arasında konseptual dialoq

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 8 mini keçib

Turizm və Menecment Universiteti beynəlxalq layihədə təmsil olunub

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

Naxçıvan Muxtar Respublikasının 7 yaşayış məntəqəsində minifutbol meydançaları yaradılacaq

“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə daha 20 standart layihəyə baxılıb

® “AzInTelecom” “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

Azərbaycan enerji və logistika imkanlarını birləşdirən sabit iqtisadi məkandır - ŞƏRH

Tufan Erhürman: Kipr probleminin həlli üçün “nəticəyə yönəlmiş danışıqlara” hazırıq

Azərbaycan idmançıları hapkido üzrə dünya birinciliyi və çempionatında 13 medal qazanıblar

Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərilib

Avropanın təhlükəsizliyi gücləndirilir: Aİ beş hərbi layihəni təsdiqləyib

Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafı qeyri-neft iqtisadiyyatına yeni imkanlar açır - ŞƏRH

Krakov şəhərində soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Biləsuvarda pambıq yığımına start verilib

® “Bakcell” İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

Alban xristian irsinin tanıtımında vətəndaş sektorunun rolu

Azərbaycan ən uğurlu inkişaf modelini seçib ŞƏRH

Rusiya ordusunun Dneprdəki biznes mərkəzinə hücumu zamanı 3 nəfər ölüb

Firdovsiyyə Əhmədova: Kilsə arxivlərinin Ermənistana verilməsi tarixi həqiqətlərin təhrifinə şərait yaradıb

Peskov: Ukrayna ilə bağlı danışıqların bərpası qərarı Rusiyanın maraqlarına əsaslanaraq veriləcək

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

İraq ABŞ qüvvələrinin Bağdaddakı əsas qərargahını təhvil alıb

Tarixçi-alim: Ermənilərin bu bölgələrə köçürülməsindən sonra Qafqaz Albaniyasının tarixi saxtalaşdırılıb

Çinli turist: Azərbaycanın palçıq vulkanlarını canlı görmək tamam fərqli və həyəcanvericidir

Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar

Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı

Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib