Azərbaycanın NATO-dakı səfiri bu təşkilatın baş katibinin xüsusi nümayəndəsi ilə görüşüb
Brüssel, 21 aprel, AZƏRTAC
Azərbaycanın NATO-dakı Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu görüşü səciyyələndirən diplomat tviterdə paylaşım edib.
"NATO Baş katibinin gender, eləcə də sülh və təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndəsi xanım İren Fellin ilə səmərəli görüşümüz olub. Görüşdə biz NATO-Azərbaycan tərəfdaşlığı, WPS (Women, Peace and Security) gündəliyində duran məsələləri, həmçinin bu ilin payızında Bakıda keçiriləcək yüksək səviyyəli konfransı müzakirə etdik", - deyə C.Hüseynzadə qeyd edib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [21:26]
BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib
- 28.09.2026 [21:15]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [19:05]