AZƏRBAYCANIN NÜMAYƏNDƏSİ ABŞ-DA KEÇİRİLƏN BEYNƏLXALQ ASSAMBLEYADA ÇIXIŞ ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, “Ailə həkimi” mövzusuna həsr olunmuş Assambleyada 72 ölkənin nümayəndəsi iştirak etmişdir. S. Mahmudova bu mötəbər tədbirdə ingilis dilində “Azərbaycanda ailə həkiminin bir ixtisas kimi inkişafı” mövzusunda məruzə etmişdir. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, 1 milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrilməsindən, ölkəmizin keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan da ətraflı söhbət açmış, çoxsaylı suallara cavab vermişdir.