Azərbaycanın qədim və orta əsrlər tarixi turistlərdə böyük maraq doğurur
İsmayıllı, 2 iyul (AZƏRTAC). Azərbaycanın qədim yaşayış məskənlərindən olan İsmayıllı rayonunun Lahıc qəsəbəsində fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyi bu gün turistləri özünə daha çox cəlb edir.
AZƏRTAC xəbər verir ki, hazırda muzeydə ölkəmizin qədim və orta əsrlər, habelə müasir tarixi barədə zəngin bilgilər verən 1264 eksponat nümayiş etdirilir. Ayrı-ayrı bölmələrdə yerləşdirilən, 2000 il yaşı olan saxsı qablar, XIII əsrə aid üzərində qılınc və qalxan fiquru yonulmuş döyüşçü məzarının baş daşı, XVI əsrdən qalan ikitərəfli körük, XVII-XVIII və XIX əsrlərə aid olan soyuq və odlu silahlar və s. hər kəsdə böyük maraq doğurur. Burada turistlərə vaxtilə Lahıcda 8 silah sexinin olduğu barədə məlumat verilir.
Lahıca gələn turistlərin böyük əksəriyyəti muzeyə maraq göstərir. Ötən il muzeyi ziyarət edənlərin sayı 9300 nəfər olmuşdur. Builki turizm mövsümü başlanandan bəri muzeyə 3500 nəfərdən çox turist gəlmişdir. Bu da 2011-ci ilin müvafiq dövründəkindən iki dəfə artıqdır. Gələnlərin 40 faizdən çoxu xarici turistlərdir.
Lahıc muzeyinin daha da zənginləşdirilməsi, turistlər üçün daha yaxşı şəraitin yaradılması məqsədi ilə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]