Azərbaycanın şahmat yığmaları Yunanıstanla heç-heçə edib
Bakı, 10 oktyabr, AZƏRTAC
Gürcüstanın Batumi şəhərində şahmat üzrə komandalararası Avropa çempionatında V turun görüşləri keçirilib.
Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, kişilərdən ibarət yığma Yunanıstan komandası ilə qarşılaşıb. Bütün partiyalar heç-heçə başa çatıb və matç 2:2 hesabı ilə nəticələnib. Bu turdan sonra aktivində 7 xalı olan Azərbaycan komandası 5-7-ci yerləri bölüşür.
Qadınlardan ibarət Azərbaycan millisi də Batumidə Yunanıstanla mübarizə aparıb. Görüş bərabərliklə yekunlaşıb 2:2. Hazırda 6 xalı olan qadınlardan ibarət komanda əlavə göstəricilərə görə 8-ci pillədə qərarlaşıb.
Bu gün Avropa çempionatında VI turun partiyaları oynanılacaq. Püşkə əsasən, hər iki komandamız Ermənistan şahmatçıları ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]
“Parma” baş məşqçisi ilə yollarını ayırıb
- 28.09.2026 [14:46]