Azərbaycanın Trinidad və Tobaqodakı səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib
Bakı, 6 iyun, AZƏRTAC
Azərbaycanın iqamətgahı Braziliya şəhərində olmaqla, Trinidad və Tobaqodakı səfiri Rəşad Novruz etimadnaməsini bu ölkənin Prezidenti Kristin Karla Kanqaluya təqdim edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Braziliyadakı səfirliyindən bildirilib.
Görüş çərçivəsində ölkələrimiz arasında münasibətlərin inkişafında hər iki tərəfin maraqlı olduğu qeyd edilib və bu istiqamətdə mövcud perspektivlər ətrafında fikir mübadiləsi aparılıb. Səfir R.Novruz daha sonra ölkə Parlamentində Senatın sədri Naycl de Freitas və Nümayəndələr Palatasının sədri Bricit Annisette-Corc tərəfindən qəbul edilib. Görüşdə iki ölkə arasında parlamentlərarası əlaqələr müzakirə edilib.
R.Novruz, həmçinin səfər çərçivəsində ölkənin xarici və CARICOM işləri naziri, ticarət və sənaye naziri ilə, o cümlədən Enerji və Energetika Sənayesi Nazirliyində görüşlər keçirib. Görüşlərdə iki ölkə arasında müvafiq sahələr üzrə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, mümkün əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]