Azərbaycanın U-19 millisi yoldaşlıq oyununda İslandiyaya qalib gəlib
Bakı, 3 sentyabr, AZƏRTAC
Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası “Slovenia Nations Cup” yoldaşlıq turnirində ilk oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, U-19 İslandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Preddvor” stadionunda keçirilən görüş Elxan Abdullayevin yetirmələrinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları 46-cı dəqiqədə Ziya Şəkərxanov və 55-ci dəqiqədə Şahin İbrahimov vurublar.
U-19 beynəlxalq turnir çərçivəsində növbəti oyununu sentyabrın 6-da Farer adaları yığmasına qarşı keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]