Azərbaycanın U-21 millisi bu gün seçmə mərhələdə Çexiya ilə qarşılaşacaq
Bakı, 10 oktyabr, AZƏRTAC
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxacaq.
AZƏRTAC xəbər verir ki, yığma Karvina şəhərində Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Qarşılaşmanı Şimali Makedoniyadan olan baş hakim Yovan Kaçevski idarə edəcək.
Qeyd edək ki, U-21 seçmə mərhələdə daha əvvəl Portuqaliya yığmasına 0:5 hesabı ilə məğlub olub, Bakıda Bolqarıstanla isə 1:1 hesablı heç-heçə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]
“Parma” baş məşqçisi ilə yollarını ayırıb
- 28.09.2026 [14:46]