Azərbaycanın üç boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
Bakı, 19 oktyabr, AZƏRTAC
Monteneqronun Budva şəhərində boks üzrə U-15 Avropa çempionatına start verilib.
AZƏRTAC xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 3 idmançısı qələbə qazanıb.
Elcan Musazadə (50 kiloqram) 1/16 finalda Devidas Sisikisi (Litva) məğlub edib. Boksçumuz 5:0 (30:24, 30:26, 30:26, 30:25, 30:26) hesabı ilə qalib gəlib. O, növbəti döyüşündə Vladimir Xvistani (Gürcüstan) ilə üz-üzə gələcək.
Nəsrin Abdullazadə (40 kiloqram) də Avropa çempionatında ilk qarşılaşmasını aktivinə yazıb. Boksçumuz 1/8 finalda Ester Moloşanı (Macarıstan) mübarizədən kənarlaşdırıb – 3:2 (29:28, 29:28, 30:27, 28:29, 28:29). Abdullazadə 1/4 finalda Esila Yıldırımla (Türkiyə) qüvvəsini sınayacaq.
Leyla Mahmudlu (50 kiloqram) isə 1/8 finalda Aleksandra Sinaqraya (İtaliya) qalib gəlib. Təmsilçimiz rəqibini 3:1 (29:27, 29:27, 29:27, 27:29, 28:28) hesabı ilə məğlub edib. O, ikinci görüşünü Adriana Munos Qinesə (İspaniya) qarşı keçirəcək.
Qeyd edək ki, 32 ölkədən 369 boksçunun qatıldığı Avropa çempionatına oktyabrın 25-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.10.2026 [20:55]
Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a uduzub
- 30.10.2026 [20:50]
Azərbaycan cüdoçusu U-23 Avropa çempionatında qızıl medal qazanıb
- 30.10.2026 [19:06]
“Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazanıb
- 30.10.2026 [18:51]
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
- 30.10.2026 [18:11]