Azərbaycanın xarici işlər naziri ilə qazaxıstanlı keçmiş həmkarı arasında telefon danışığı olub
Bakı, 3 aprel, AZƏRTAC
Aprelin 3-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstan Respublikasının keçmiş xarici işlər naziri Muxtar Tleuberdi arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Ceyhun Bayramov Muxtar Tleuberdinin dost və qardaş Qazaxıstanın xarici işlər naziri vəzifəsində çalışdığı müddətdə ölkələrimiz arasında strateji xarakter daşıyan ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsində göstərdiyi səyləri məmnunluqla xatırlayaraq, münasibətlərimizin inkişafına verdiyi töhfəyə görə təşəkkürünü ifadə edib.
Nazir Ceyhun Bayramov Muxtar Tleuberdiyə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [12:46]
Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir
- 28.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 28 sentyabr
- 27.09.2026 [23:11]
Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 27.09.2026 [19:19]