Azərbaycanın yeniyetmə cüdoçusu dünya çempionu olub
Bakı, 21 avqust, AZƏRTAC
Azərbaycan cüdoçusu Fərid Rzazadə yeniyetmələr arasında dünya çempionu olub.
Cüdo Federasiyasından AZƏRTAC-a bildirilib ki, Ekvadorun Quayakil şəhərində keçirilən dünya çempionatının ilk yarış günündə 50 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finala gedən yolda Süleyman Doğru (Türkiyə), Bekaris Kudaybergen (Qazaxıstan) və Artur Bonatonu (Braziliya) mübarizədən kənarlaşdırıb. Həlledici görüşdə qazaxıstanlı Adiljan Nurbekeni məğlub edən cüdoçumuz qızıl medala sahib çıxıb.
Qeyd edək ki, bu gün Azərbaycanın daha üç yeniyetmə cüdoçusu dünya çempionatında tatamiyə çıxacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]
“Parma” baş məşqçisi ilə yollarını ayırıb
- 28.09.2026 [14:46]