“Azəristiliktəchizat”ın rəhbərliyi Göyçayda vətəndaşlarla görüşəcək
Bakı, 6 yanvar, AZƏRTAC
Yanvarın 26-sı saat 10:00-da “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev Göyçay şəhərində Göyçay və Ağdaş sakinləri üçün vətəndaş qəbulu keçirəcək.
ASC-dən AZƏRTAC-a bildirilib ki, qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcək.
Qəbul Göyçay şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək.