“Azərpoçt” müştərilərini diqqətli olmağa çağırır
Bakı, 7 sentyabr, AZƏRTAC
“Azərpoçt” müştərilərini diqqətli olmağa çağırır. Belə ki, kiberdələduzlar tərəfindən sosial şəbəkələrdə ”Azərpoçt” adından “Azerpost” adlı saxta səhifə yaradılaraq sahibsiz qalan mal tərkibli bağlamaların 5.50 AZN məbləğində satışa çıxarıldığı bildirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərpoçt” MMC məlumat yayıb.
“Azərpoçt” vətəndaşlara belə vədlərə etimad etməməyi, qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda - 169 Çağrı mərkəzi və rəsmi sosial şəbəkə hesablarından məlumatı dəqiqləşdirməyi tövsiyə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:58]
Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq
- 28.09.2026 [17:37]