Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı Ali Neft Məktəbində virtual “Məzun günü” keçirilib

Bakı Ali Neft Məktəbində virtual “Məzun günü” keçirilib

Bakı, 29 iyul, AZƏRTAC

Bakı Ali Neft Məktəbi (BANM) bu il “Məzun günü” tədbirini virtual formatda keçirib.

BANM-dən AZƏRTAC-a bildirilib ki, ali məktəbin sosial şəbəkələrdəki (“Facebook”, “YouTube” və “Instagram”) səhifələrində yayımlanan tədbir məşhur teleaparıcı Leyla Quliyevanın aparıcılığı ilə reallaşıb.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, BANM-in akademik tərəfdaşı olan Böyük Britaniyanın Heriot-Vatt Universitetinin rektoru Riçard Uiliyam məzunları təbrik ediblər. Rektor Elmar Qasımov müraciətində 2020-ci il “Məzun günü”nün çox çətin dövrə təsadüf etdiyini, hazırda qəhrəman Azərbaycan əsgərlərinin Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə apardığını, eləcə də bütün dünyada qlobal COVID-19 pandemiyasının qarşısının alınması üçün ciddi karantin tətbiq olunduğunu qeyd edib.

Rektor bildirib ki, təhsil tarixində ilk dəfə olaraq dünya universitetlərində, o cümlədən Azərbaycanın ali təhsil müəssisələrində ənənəvi “Məzun günü” tədbiri keçirilmir: “Elə bu səbəbdən də Bakı Ali Neft Məktəbi olaraq məzunlarımızı virtual təbrik etmək qərarına gəldik. Ötən 5 il ərzində müəllimlərimiz üzərlərinə düşən müqəddəs vəzifəni - öyrətmək işini ləyaqətlə yerinə yetirib, valideynlər övladları ilə birgə imtahan həyəcanı yaşayıb, onların uğurlarına sevinib, həmçinin uğursuzluqlarına kədərləniblər. Mən məzunlarımızın valideynlərinə belə gözəl - bilikli, bacarıqlı, əxlaqlı, vətənpərvər övladlar yetişdirdikləri üçün təşəkkür edirəm”.

E.Qasımov Vətən qarşısında borclarını yerinə yetirmək üçün Azərbaycan Ordusuna xidmətə yollanan, xarici ölkə universitetlərində təhsillərinə davam edəcək, eləcə də yerli və transmilli şirkətlərdə işə başlayan məzunlara uğurlar arzulayıb.

“BANM-in məzunları Prezident İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” - çağırışının bariz yetirmələridir. Əminəm ki, onlar Azərbaycanın, ailələrinin, ali məktəbimizin şərəfli adını həmişə uca tutacaqlar”, - deyə rektor vurğulayıb.

Valideynlər adından çıxış edən, ali məktəbdə “İlin tələbəsi” seçilən Cavid Məmmədlinin anası Gülər Məmmədova tələbələrin peşəkar ixtisaslı kadr kimi yetişməsində zəhmət çəkən pedaqoji heyətə təşəkkür edib. “Bu illər ərzində başda rektor Elmar Qasımov olmaqla BANM-in professor-müəllim heyəti övladlarımızın mükəmməl təhsil alması, problemlərinin həll edilməsi, hətta şəxsi çətinliklərinin də çözülməsi üçün heç bir imkanını əsirgəməyib. Onların cəfakeş fəaliyyəti nəticəsində BANM tələbələr üçün doğma bir ailəyə çevrilib. Arzu edirəm ki, ixtisaslı kadr olaraq gələcək fəaliyyətiniz Azərbaycanımızın daha qüdrətli olması üçün öz töhfələrini versin”, - deyə G.Məmmədova bildirib.

Tədbirdə BANM-in ötənilki məzunlarının dünyanın müxtəlif universitetlərindən və transmilli şirkətlərdən builki məzunlara göndərdiyi təbrik videosu nümayiş olunub. ABŞ, Türkiyə, Yaponiya, Norveç, Almaniya, İtaliya, Macarıstan, Səudiyyə Ərəbistanı və Anqola kimi ölkələrdə təhsillərini davam etdirən və işləyən BANM məzunları xələflərinə təbrik ünvanlayıblar. Daha sonra bu il bakalavr səviyyəsi üzrə “İlin tələbəsi” seçilən Cavid Məmmədli, magistratura səviyyəsi üzrə “İlin tələbəsi” Ramil Şükürov, Prezident təqaüdçüsü, neft-qaz mühəndisliyi ixtisasının birincisi Nihad Abbasov, proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının birincisi İsmət Ağayev, yatağın qiymətləndirilməsi və idarəolunması ixtisasının birincisi Niyaz Əhmədzadə, neft-qaz texnologiyası ixtisasının birincisi Nizam Zahidli, biznesin idarəolunması ixtisasının birincisi Güldənə Hidayətli təhsil aldıqları müddətdə əldə etdikləri uğurlar, yiyələndikləri akademik və sosial bacarıqlar barədə təəssüratlarını və xatirələrini bölüşüblər.

Tədbirin bədii hissəsində musiqi nömrələri, rəqslər, təqdimatlar, əvvəlki illərin “Məzun günü”ndən maraqlı fraqmentlər nümayiş olunub.

Sonda Cavid Məmmədli adını simvolik kötüyə həkk edib. Virtual tədbir ənənəvi papaqatma mərasimi ilə yekunlaşıb.

Qeyd edək ki, bu il Bakı Ali Neft Məktəbinin neft-qaz mühəndisliyi (49 nəfər), kimya mühəndisliyi (46 nəfər) və proseslərin avtomatlaşdırılması mühəndisliyi (14 nəfər) ixtisasları üzrə ümumilikdə 109 bakalavr məzun olur. Həmçinin BANM ikinci magistr buraxılışını həyata keçirir. Biznesin idarəolunması ixtisası da daxil olmaqla, bu il magistratura səviyyəsi üzrə 40 nəfər məzun olur. 2019/2020-ci tədris ilində ali məktəbi ümumilikdə 14 tələbə fərqlənmə diplomu ilə bitirib.

Xatırladaq ki, Bakı Ali Neft Məktəbi Prezident İlham Əliyevin 2011-ci il 29 noyabr tarixli Fərmanı ilə dövlət ali təhsil müəssisəsi statusunda SOCAR-ın strukturunda yaradılıb. BANM-də neft-qaz mühəndisliyi, kimya mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi və informasiya təhlükəsizliyi ixtisasları üzrə bakalavr, neft-qaz mühəndisliyi, kimya mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi və biznesin idarəolunması (MBA) ixtisasları üzrə magistr pilləsinə qəbul həyata keçirilir. Bu il BANM-də IV məzun buraxılışıdır. 2017-ci ildən etibarən BANM-in məzunlarının hamısı işlə təmin olunub və hazırda SOCAR, Azneft İB, SOCAR Türkiyənin Petkim Petrokimya Holdinqi və Star Neft Emalı Zavodu, “Azərikimya”, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, SOCAR Polymer, BP, Schlumberger, Halliburton, Maire Tecnimont, TechnipFMC və digər transmilli şirkətlərdə çalışırlar. Məzunların bir qismi Azərbaycanın, habelə dünyanın öndə gedən universitetlərində magistratura və doktorantura pilləsində təhsillərini davam etdirirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Gəncə ilə Oş arasında əməkdaşlığın yeni istiqamətləri diqqət mərkəzində

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən namizədlər üçün icbari təlimə başlanılıb

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar

Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur

Müəllimin əsas missiyası tələbəni düşünməyə və araşdırmağa sövq etməkdir - Ramazan Məmmədov

Brno alimləri işıq vasitəsilə mini tor qişalarına “görməyi” öyrədiblər

Əbu-Dabidə 3-cü Qlobal Ərzaq Həftəsi keçiriləcək

AZMİU-nun layihəsi Elm Fondunun qrant müsabiqəsinin qalibi olub

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib

Mütəxəssis: Dağ-mədən sənayesinin inkişafı digər sahələrdə əlavə dəyərin formalaşmasına şərait yarada bilər

Həbibə Məmmədova: Müəllimin ən böyük uğuru düşünən və araşdıran insan yetişdirməsidir

Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır

Özbəkistan səfiri Azərbaycan qadınlarının ictimai-siyasi fəallığını yüksək qiymətləndirib

Ekspert: Rəqəmsallaşma Orta Dəhlizin tranzit müddətinin qısaldılmasına imkan verəcək

“İslam mədəniyyəti atlası” şərqşünas-alimin tərcüməsində

Çin təhsili və akademik mühitindən bəhs edən kitabın təqdimatı olub

“Fənərbağça”nın ulduzu Superliqa oyununu buraxa bilər: Qərar azərbaycanlı hakimin hesabatından asılı olacaq

Müəllim uşağın içindəki işığı üzə çıxarmalıdır – gənc alimin düşüncələri

Yəməndə husilərə qarşı döyüşlərdə 100 qırıcı təyyarədən istifadə edilib, 324 hədəf vurulub

DSMF-nin sədri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Qazaxıstana səfər edəcək

Belçika polisi narkotik şəbəkəsinə qarşı əməliyyat keçirib, 21 nəfər saxlanılıb

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

“Flydubai” təyyarəsini qaçırmağa cəhddə şübhəli bilinən pilot Böyük Britaniya universitetində yoxlamadan keçməyib

Ekspertlər: Neft qiymətlərinin azalması müvəqqəti xarakter daşıyır

Şagirdin inkişafına mane olan bəzən onun bacarıqsızlığı deyil, özünəinamsızlığıdır - müəllim

Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Budapeştdə polis əməkdaşlarının sayı artırılacaq

Azərbaycan İslam həmrəyliyinin aparıcı qüvvəsidir ŞƏRH

İngiltərədə miqrantların sahilə çıxarılması zamanı etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Ər-Riyadda Məkkə Müdafiə Sazişi çərçivəsində komitə iclası təşkil olunub

İdeoloji risklər sərhəd tanımır - ŞƏRH

Ülviyyə Nağıyeva: İbtidai sinif müəllimi şagirdin həyatında iz qoyur

Müəllimlik illər keçdikcə zənginləşən bir məktəbdir - Leyla İmranova

Yəmən ordusu: Bab-əl-Məndəb ətrafındakı ərazi husilərdən təmizlənib

Əlcəzairdə Afrika və Aralıq dənizi hövzəsi üzrə 14-cü Enerji və Hidrogen sərgi-konfransı keçirilir

Emin Hüseynov: Ağdam şəhəri və üç kənddə yaşayanların sayı 8 mindən çoxdur

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Sabah yağış yağacaq

Ülviyyə Məmmədova: Alimlik potensialı maraqdan və sual verməkdən başlayır

® “Azercell“ yeni “Oyun Portalı”nı istifadəyə verir: “Azercell“ ilə oyna, yarış, qazan!

İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib

Arif Əsədov: Tofiq Bəhramov adına Respublika Stadionu gəncliyimizin keçdiyi doğma məkandır

Baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Gənclərdə coğrafiyaya marağı necə artırmalı? – alimdən tövsiyələr

Jalə Əliyeva: Qadınların parlamentdə təmsilçiliyi son 20 ildə 11 faizdən 21 faizə yüksəlib

“Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib

Şagirdlərdə fənnə maraq yarada bildiyim an mənim üçün ən xoşbəxt andır - müəllim

Avropada qaz anbarlarının doluluq nisbəti 72,4 faizdir

Türkiyənin ASELSAN şirkəti HHM hibrid sistemlərinin tədarükünə dair böyük kontrakt imzalayıb

PİSA-nın yaradıcısı: Süni intellekt hazır cavab vasitəsi yox, koqnitiv alət olmalıdır

“EU Reporter” Prezident İlham Əliyevin nitqinə həsr olunmuş analitik məqalə dərc edib

Azərbaycan millisinin fransalı məşqçisi: Hidayət Heydərov xüsusi xarakterə malik cüdoçudur

® “Kapital Bank” nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib

Professor: Müəllimlik və alimlik şəxsiyyətin yetişməsində qoşa qanad rolunu oynayır

Dövlət Xidməti: Laborator və digər diaqnostik müayinələrin nəticələrinin avtomatik təhlil olunması nəzərdə tutulur

Nazir: Aqrar istehsalın səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq hədəfimizdir

Hesabat: Yaxın Şərqdən neft ixracı sentyabrın son həftəsində İran müharibəsindən əvvəlki səviyyəni üstələyib

Avro son 17 ayın ən aşağı səviyyəsinə enib

İvan Muşket: Parlamentarizm Azərbaycan tarixinin müxtəlif mərhələlərində cəmiyyətin və dövlətin inkişafına təsir göstərib

Məcnun Məmmədov: Əsas hədəfimiz daha məhsuldar kənd təsərrüfatı sistemi formalaşdırmaqdır

Parisdə “Nissim de Camondo” muzeyinə oğurluq cəhdi: Şübhəli şəxs saxlanılıb

Müəllim: Hər məktəbdə yanan işıq Azərbaycanın gələcəyidir

Dövlət Xidməti: 91 fakt üzrə 144 nəfər barəsində toplanmış materiallar prokurorluq orqanlarına göndərilib

Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

Bu gün Azərbaycanın əsas vəzifələrindən biri əldə edilmiş tarixi nəticələri davamlı inkişafla möhkəmləndirməkdir

“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb

Müəllim: Şagirdlərimin illər sonra məni xatırlaması ən böyük qazancımdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 5 oktyabr

Azərbaycan şirkətləri “INNOPROM. Belarus” sərgisində təmsil olunub

Fərdi yanaşma, müstəqil düşüncə və düzgün qiymətləndirmə - elmə gedən yol

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

“Ortakənd” qızıl yatağında 2029-cu ildə istehsala başlanması planlaşdırılır

Akademik Arif Həşimov haqqında biblioqrafik göstərici nəşr olunub

Hüquqi şəxslərin cinayət məsuliyyətinin hədləri genişləndirilir

AMEA-nın müxbir üzvü: Alim müəllim yetişdirir, müəllim isə gələcəyin alimini

Nazir: Ağdamın kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar formalaşır

Azərbaycan Türkiyədəki Beynəlxalq Astronavtika Konqresində geniş təmsil olunur

Ramin Rzayev: Azərbaycan qadınları tarix boyu cəmiyyətimizin inkişafında mühüm rol oynayıb

Gülnar Rzayeva: Gələcəyin alimini yalnız yüksək nəticə göstərən tələbələr arasında axtarmaq doğru deyil

AQTA sədri İmişlidə vətəndaşların müraciətlərini dinləyəcək

Beynəlxalq Müəllimlər Günü münasibətilə akademik Cəlal Əliyevin məzarı ziyarət edilib

Müharibənin izləri: “Naxçıvan Qaziləri” İctimai Birliyinin Şəhidlər guşəsindən REPORTAJ

Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazanıb

“Özəl Məhkəmə Ekspertlərinin Palatası”nın yaradılması təklif edilir

Tarix müəllimi: Şagirdlərə keçmişlə bu gün arasındakı əlaqəni göstəririk

İspaniyada növbədənkənar parlament seçkiləri noyabrın 29-da keçiriləcək

Ulu Öndər Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol – ŞƏRH

“Fars” agentliyi”: Sistan-Bəlucistan əyalətində İranın iki polis zabiti öldürülüb

Bir sıra qanunlarda dəyişiklik edilir

Maqsud Fərzullayev: Məqsədimiz Formula 1-in nəqliyyata təsirini minimuma endirməkdir

Mütəxəssis: Qripdən sonra bakterial pnevmoniya inkişaf edə bilər

Nazir: Milli kimliyin və dəyərlərin qorunmasında hər bir təhsil işçisinin öz payı var

“Azərbaycan parlamentarizmi tarixində qadınlar” mövzusunda beynəlxalq konfrans

Gələn il Aİ və Norveçdə paylama şəbəkələrinə investisiyaların 48 milyard avroya çatacağı gözlənilir