BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 780 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4922 manata bərabər idi. Təklif 700 min dollar, tələb 780 min dollar olmuş, manatın məzənnəsi 1 bənd aşağı düşmüş və 1 dollar üçün 4923 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemində (BEST) ABŞ valyutasının qiyməti 1 USD üçün 4920,15 manat həddində idi. USDAZM T+0 aləti üzrə BEST-də 27 milyon 367 min dollara bərabər məbləğ qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 134,650 milyard qədərdir. Bir əqdə, orta hesabla, 2 487 909 dollar düşmüşdür.
USD/AZM T+1 və T+2 alətləri üzrə dilerlər tərəfindən tələb olmadığından əqdlər bağlanmamışdır.
BEST-də AVR/AZM, RUR/AZM alətləri üzrə banklar sifariş verməmişlər.
Banklar BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında ümumən 3,068 milyard manat məbləğində kreditlər cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Dekabrın 22-də illik 10 faizlə 1 milyard manat borc götürülməsi üzrə banklararası əqd qeydə alınmışdır. Kreditin müddəti 7 gündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]
Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib
- 14.06.2026 [09:29]
Dünya bazarında qızıl və gümüş bahalaşıb
- 14.06.2026 [09:17]