BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ ÜMUMMİLLİ LİDERİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ FUTBOL TURNİRİ BAŞA ÇATMIŞDIR
Bakı, 7 may (AZƏRTAC). Bu gün Bakı Dövlət Universitetində (BDU) ulu öndər Heydər Əliyevin 86-cı ildönümünə həsr olunmuş fakültələrarası futbol turnirinin final mərhələsinə yekun vurulmuşdur.
Açılış mərasimində cıxış edən BDU-nun rektoru, Milli Məclisin deputatı Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi, dövlət quruculuğu, elm və təhsil sahəsində gördüyü işlərdən danışmışdır. A.Məhərrəmov vurğulamışdır ki, ölkəmizdə idmanın inkişafı da böyük şəxsiyyətin daim diqqət mərkəzində olmuşdur.
Turnirdə universitetin 16 komandası iştirak etmişdir. Yarışın əsas mükafatları uğrunda universitetin “Hüquq”, “Tətbiqi riyaziyyat”, “Geologiya”, “Sosial elmlər və psixologiya” fakültələrinin komandaları mübarizə aparmışlar.
Final yarışında “Hüquq” və “Tətbiqi riyaziyyat” komandaları görüşmüş, hüquqşünaslar 1:0 hesabla qələbə qazanmışlar. “Geologiya” futbol komandası 3-cü yerə çıxmışdır.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]